PDF Oxu

Siyasət

  • 3 342

Yasamalda Ümummilli Liderin yubileyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Yasamalda Ümummilli Liderin yubileyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon “H.Cavid pr.33A” (“Bakı Metropoloteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatında ümummilli lider Heydər Əliyevin ilk dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, Partiyanın qızıl fondu, “91-lər” dən olan Şahlar Əsgərov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, H.Cavid pr.33A” (“Bakı Metropoloteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hidayət Məmmədov və ərazi üzrə partiyanın üzvləri iştirak edib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub. İştirakçıları salamlayaraq tədbiri açıq elan edən H.Cavid pr.33A” (Bakı Metropoloteni QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hidayət Məmmədov qeyd edib ki, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq. Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Bu gün müasir və müstəqil Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr ayının 3 tarixində qoyulub. Ulu öndər Heydər Əliyevdən başlanılan böyük inkişaf yolu Onun layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, partiyanın qızıl fondu, “91-lər” dən biri olan Şahlar Əsgərov qeyd edib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətidir. Azərbaycanın bu gününü müstəqilliyini yenidən bərpa etdiyi ilk illərlə müqayisə etdikdə bu fikri də böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Liderin şah əsəridir. Ulu Öndərin müyyənləşdirdiyi və gələcəyə hesablanmış siyasət hər zaman Azərbaycanı möhtəşəm uğurlara aparır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün əminliklə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, eləcə də lokal xarakterli anti terror tədbiri nəticəsində suvernliyimiizn tam şəkiləd bərpa olunmasının əsasında uıu öndər Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Belə ki, sənayenin inkişafı, istənilməyən səviyyədə və vəziyyətdə olan iqtisadiyyatın yenidən dirçəldilməsi yönündə, məhz Ulu öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına geniş şərait yaradılmışdır. Qeyd olunub ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan sosial-iqtisadi və siyasi həyatında təlatümlü günlər yaşadığı bir vaxtda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələrək Respublikamızı ağır vəziyyətdən, böhrandan çıxardı. B.Nəbiyev qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycan nəinki öz əbədi müstəqilliyini möhkəmləndirdi, hətta bütün sahələrdə beynəlxalq və regional çərçivədə bu gün də dinamik inkişaf edən böyük nailiyyətlər əldə etdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir. Məhz bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində parlaq Zəfər əldə etməyimizə və regionda reallıqların yaranmasını nail olunub. Ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, car ilin sentyabr ayının 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Azərbaycan xarici təzyiqlərə baxmayaraq, artıq lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonuna olan separatizm yuvasını məhv etdi və milli suvernliyini bərpa etdi. Şübhəsiz, bütün bunların fövqündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin sonunda partiya sıralarına qoşulmaq istəyənlərin müraciətlərinə baxılıb.

Digər xəbərlər