YAP Sabunçu rayon təşkilatının Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi 24 ünvanında yerləşən ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda YAP Sabunçu rayon təşkialtının sədri Araz Xudadanov, Sabunçu Tibb Mərkəzi PHŞ-nin 2 saylı Doğum evinin direktor müavini Səadət Şamilova və partiya üzvləri iştirak etmişdir. Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.Çıxışlardan sonra Oskar Əfəndiyev küçəsi 24 ünvanında yerləşən ərazi ilk partiya təşkilatının görülən işlər barədə hesabatı dinlənilib. Hesabatı dinləyən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Daha sonra səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Şəhla Məmiyeva Cəfər qızı, sədr müavini isə Elyura Məmmədova Səməd qızı seçilidi. Ərazi partiya təşkilatının seçilmiş sədri və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər. Sonda təşkilati məsələlər barəsində fikir mübadiləsi aparılıb.