PDF Oxu

Siyasət

  • 1 719

Dünya təhlükə qarşısındadır TƏHLİL

Dünya təhlükə qarşısındadır TƏHLİL

Rusiya-Ukrayna müharibəsində nüvə silahından istifadə oluna bilər

Rusiyanın 2022-ci ilin fevralından Ukraynaya qarşı başladığı müharibə minlərlə insanın həyatını itirməsi, yüzlərlə şəhərin, kənd və qəsəbənin dağıdılması, milyonlarla insanın öz isti ev-eşiyini tərk etməsi ilə nəticələndi. Demək olar ki, Ukrayna ərazisinin az qala 70 faizi müharibənin qurbanı olub, 20 milyon insan isə müxtəlif ölkələrə köç edib. İtkilərinin sayı da az deyil - 400 min nəfər. Bütün bunların fonunda müharibə ara vermir. Deməli, hələ yüz minlərlə insanı ölüm-itim, didərgin olmaq təhlükəsi gözləyir. “Xüsusi əməliyyat” adı altında azad, müstəqil dövlətin ərazisinə soxulan Rusiyanın vəziyyəti də müharibə müəlliflərinin ürəyincə deyil. Ukrayna tərəfinin yaydığı məlumatlara görə, ümumilikdə Rusiyanın itkilərinin sayı 278 min nəfərdir. Ölkə prezidenti V.Putin cəbhəyə sıradan çıxarılan əsgər və zabitlərin yerini doldurmaq üçün səfərbərlik barədə əmr imzalayıb. Bundan sonra daha 260 min rusiyalı orduya cəlb edilərək, ət maşının işlədiyi cəbhə bölgəsinə göndərilib. Bu kimi faktlar onu təsdiq edir ki, müharibəni başlayanlar istəklərinə nail ola bilmədilər. Nə idi o istək? Birincisi, Ukraynanı işğal etməklə Qərbi və ABŞ-ın bölgə maraqlarını sıradan çıxarmaq. İkincisi isə Rusiyada 2024-cü ildə keçirilməsi nəzədə tutulan prezident seçkilərinə qədər ağır və üzücü görünən Ukrayna problemini həll edib, seçkilərə qəhrəman olaraq qatılmaq. Lakin görünən ondan ibarətdir ki, Avropa və ABŞ rəsmi Kremlin uzaqlara hesablanan maraqlarını alt-üst etdi.

Qərb Kiyevi bütün növ silahlarla təchiz edir

Qərb dairələri ara-sıra Rusiyanın ərazilərinə hücumlar təşkil etdirməklə Şoyqunun və Gerasimovun sayıqlığını yoxlamğa çalışırlar. Nəzərdə tutulan plan o qədər də müsbət nəticələr verməsə də, Ukrayna ərazisində rəsmi Kiyev uğurlu hərbi qələbələr qazanmaqdadır. Artıq işğal edilən ərazilər rus hərbçilərindən təmizlənib. Zelenski hakimiyyəti daha uğurlu hərbi əməliyyatların keçirilməsi üçün Qərbdən növbəti maliyyə və hərbi silah-sursat istəməkdədir. Rusiya prezidenti Vladimir Putin isə bildirir ki, Qərb Ukraynadakı münaqişəni dayandırmaq istəyirsə, Kiyev rejiminə silah verilməsini dayandırmalıdır: “Rusiya münaqişəni dayandırmaq istəyir, lakin Qərb bunu davam etdirir, Kiyevi bütün növ silahlarla təchiz edir”.

Bəli, Qərb müharibəni tam şəkildə Ukraynanın xeyrinə həll etmək üçün hər cür maliyyə və hərbi yardımını göstərməkdədir. UNN agentliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri üçün Almaniya Leopard-2 tanklarının ardınca. SurveilSpire kəşfiyyat sistemlərinin yeni partiyasını tədarük etməyə başlayıb: “Rheinmetall SurveilSpire avtomatlaşdırılmış kəşfiyyat sistemlərinin yeni partiyasını Ukraynaya köçürməyə başlayıb. Ukrayna üçün sifariş Almaniya hökuməti tərəfindən ödənilib. Sifarişlər ikirəqəmli milyonlarla avro diapazonundadır. Aydınlaşdırılır ki, sistemlərə videonu mobil komanda postuna ötürmək üçün 4G və Starlink kimi simsiz rabitə kanalları daxildir.”

Bir sıra xarici nəşrlərin iddiasına görə, Ukraynaya tədarük olunan Leapard-2 tankları döyüş meydanında gözlənilən ümidləri doğrultmayıb: “Alman tanklarının çatdırılmasından əvvəl ekspertlər bu maşınların döyüş zonasında “oyun qaydalarını” dəyişə biləcəyini iddia edirdilər. Bununla belə, Qərbin ağır texnikası, o cümlədən, Leopard 2, Kiyev tərəfindən irəli mövqelərə yerləşdirilməyib”. Hətta bəzi nəşrlər iddia edirlər ki, Ukrayna ordusu alman tankından təyinatı üzrə istifadə etmir: “"Qərb tankları, xüsusən də, alman Leopard 2 demək olar ki, görünməz idi. Ukrayna Silahlı Qüvvələri hücum zamanı havadan dəstək verə biləcək döyüş təyyarələrinin olmaması səbəbindən Avropa texnikasının köməyi ilə Rusiya müdafiəsini yarmağa başlaya bilməyib”.

Xatırlatmaq lazımdır ki, bir qədər əvvəl ABŞ-ın keçmiş kəşfiyyatçısı Skot Ritter Zaporojye istiqamətində rus qoşunları tərəfindən Qərb tanklarının metodik şəkildə məhv edildiyini açıqlamışdı.

Rusiya- Ukrayna müharibəsi bütün dünyaya təsir edir

Müharibə zonasındakı vəziyyətə gəlincə, tərəflər öz maraqlarına uyğun informasiyalar paylaşırlar. Hazırda Baxmut və Xerson istiqamətində vəziyyət gərgindir. Ukrayna Silahlı Qüvvələri ada zonasında - Dnepr çayının sağ və sol sahilləri arasında möhkəmlənməyə cəhd etməkdə davam edir. Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, ukraynalılar düşmən texnika və silahlarını itirir: “Rusiya atəşi ilə iki maşın, ABŞ istehsalı M777 artilleriya sistemi və Xerson şəhəri yaxınlığında 126-cı Ərazi Müdafiə Briqadasının sursat anbarını məhv edib”.

Rusiya müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, oktyabrın 5-də Rusiyanın endirdiyi zərbə nəticəsində Artyomovsk ərazisində hərbi əməliyyatlara cavabdeh olan Ukrayna Ordusu komandanlığının “Soledar” taktiki qrupu məhv edilib: “Baxmut cəbhəsində FAB-1500 hava bombası Ukrayna Silahlı Qüvvələrinin demək olar ki, bütün komandanlığını əhatə edir”. Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ukrayna Silahlı Qüvvələrinin hava-desant qrupunun Krıma endirilməsi cəhdini dayandırıb, - Rusiya Müdafiə Nazirliyi bildirib. Ukrayna desant qüvvələri yüksək sürətli hərbi qayıq və üç reaktiv xizəklə Tarxankut burnuna doğru irəliləyib. Almaniyanın “Bild” qəzeti yazır ki, Ukrayna hökuməti kifayət qədər silah tədarükünə baxmayaraq uğursuz hücuma görə ümidsizlik yaşayır. Qeyd olunub ki, Rusiya hərbi istehsalın həcmini xeyli artırıb və Qərbdən daha çox silah istehsal edə bilər: “Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Artyomovsk istiqamətində Ukrayna qoşunlarının koordinasiyasında iştirak edən "Soledar" ayrıca taktiki qrupunun komandanlığının ən böyük qərargahını məhv edib. Zelenskinin bu yaxınlarda ziyarət etdiyi qərargah. Aleksandro-Kalinovoda yerləşirdi və çox yaxşı möhkəmləndirilmiş və gizli idi. Qərargah bir yarım tonluq FAB-1500 hava bombası ilə vurulub”.

“Donetsk Xalq Respublikası” rəhbərinin müşaviri Yan Qaqin Ukrayna Silahlı Qüvvələrinin 15 nəfərdən çox hərbçisi Donetsk yaxınlığında Rusiya ordusuna təslim olduğunu bildirib: “Əsir götürülən komandirin dediyi kimi, kütləvi təslim olmanın səbəbi Donetsk cəbhəsindəki Rusiya mövqelərinə dəfələrlə uğursuz cəhdlər nəticəsində ağır itkilərin verilməsidir. Bundan əvvəl Krıma enməyə cəhd edən diversantlardan biri tutularaq dindirilib. Ukrayna silahlı qüvvələri heç vaxt bizim döyüş aviasiyasından belə güclü şillə almamışdı: Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsi xüsusi əməliyyat zamanı ilk dəfə FAB-1500 bombasından istifadə edib. Zərbə "Soledar" ayrı-ayrı taktiki qrupunun qərargahına (Aleksandro-Kalinovo kəndi yaxınlığında yerləşirdi) dəydi. Nəticədə, 50-yə yaxın əsgər məhv edildi və təxminən eyni sayda yaralandı. Demək olar ki, bütün rabitə vasitələri, hərbi texnika və 100 metr radiusda dayaq məntəqələri məhv edilib. Bu qədər çox sayda öldürülən və yaralanan yalnız bir snayper tərəfindən hədəfə "yerləşdirilmiş" bombanın qüdrətli gücü ilə deyil, həm də tətil zamanı komandanlıq heyətinin iclasının keçirilməsi ilə izah olunur”.

“Atom bombası işə düşə bilər ki, bu da dünyanın sonu demək olar”

Rusiyanın genişmiqyaslı hücumlarına baxmayaraq V. Zelenski Qərb tərəfdaşlarından yardım göndərilməsini israr etməkdədir. O, inandırmağa çalışır ki, dəstək güclü olsa, uğurlu hərbi əməliyyatların və bunun fonunda işğalçıların ölkə ərazisindən qovulması nəticələri də çox ola bilər. Bu hal isə bəzi hallarda Avropdakı müharibə əleyhdarları tərəfindən yaxşı qarşılanmır. “Bu davranış biabırçı və iyrəncdir”, - deyə Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor bildirib. Polkovnik Makqreqor qeyd edib ki, Zelenski özünü iyrənc aparır, maliyyə tələb edir. Onun sözlərinə görə, Zelenski çoxlu sayda ukraynalıları ölümə göndərib. O, həmçinin Ukrayna rəhbərini partnyorlara qarşı daim tələblər qoyduğuna və ağzını bağlamadığına görə tənqid edib.

Bu arada diqqətçəkən məqam ondan ibarətdir ki, Bayden hakimiyyəti ciddi maliyyə sıxıntısı ilə üzləşməli olub. Çünki Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin vəzifədən kənarlaşdırılması və konqresmenlərin Ukraynaya vəsaitin ayrılmasında tərəddüdlərə yol vermələri Baydeni çətin vəziyyət salıb. Baxmayaraq ki, Bayden Konqresdən kənar vasitələrlə Ukraynaya yardımlarını davam etdirəcəklərini bəyan edib. Demokrat senator Co Mançini isə bunun çətin olacağını bildirib: “Makkartinin “siyasi günahı” ondan ibarət idi ki, Ukraynaya yardımı müvəqqəti büdcədən çıxarmaq müqabilində o, partiya yoldaşlarını demokratların artıq israr etdiyi digər məqalələri dəstəkləməyə inandırdı. Lakin bu, göründüyü kimi, bütün respublikaçıların xoşuna gəlməyib”.

Britaniyanın The Economist nəşri yazır ki, spikerin istefası Ukraynaya dəstəyi çətinləşdirib: “İndi isə bu məsələdə konsensus tapmaq cəhdi seçki təşklində siyasi sağ qalmanın əsas məsələyə çevrildiyi hər iki partiya tərəfindən asanlıqla torpedalana bilər. Amerikalı seçicilər üçün xatırlayaq ki, xarici siyasət həmişə onların maraqları çərçivəsində olub. Ancaq dərhal həllini tələb edən daxili problemlər və buna görə də pul birinci yerdədir. Financial Times-da McCarthy-nin istefası və onun nəticələri ilə bağlı məqaləyə oxucuların şərh belədir: ABŞ idarəolunmaz hala gəlir. Partiya parçalanması artıq hakimiyyəti iflic edib və ölkə bütün dünyanın gülüş obyektinə çevrilib. Ukraynadakı proksi münaqişəsi ABŞ-ın özündə bumeranq oldu - qlobal iqtisadiyyata hesabsız ziyan vurduqdan sonra. Növbəti nə olacaq, vətəndaş müharibəsi?

Bir sözlə, ABŞ-da və Avropada hökm sürən ziddiyyətli proseslər onu deməyə əsas verir ki, Rusiya- Ukrayna müharibəsi bütün dünyaya təsir etməkdədir. Buna hələ ki, üçüncü dünya müharibəsi demək çətin osa da, hər halda siyasi və hərbi toqquşmalar və nəhayət, qida çatışmazlığı sahəsində ciddi problemlər dünyanın sabahı üçün heç də yaxşı nəticə vəd etmir. Rusiya Prezidenti V.Putinin hələ ki, müharibəni dayandırmaq fikrinin olmaması və rəsmi Kiyevin də təslim olmaq niyyətində olmaması onu deməyə əsas verir ki, dünyada fəlakətli hal yaşana bilər. Yəni, daha ağır silahlar, hətta atom bombası işə düşə bilər ki, bu da dünyanın sonu demək olar.

İ.ƏLİYEV

Digər xəbərlər