PDF Oxu

Siyasət

  • 3 534

Maddi və mədəni abidələrlə zəngin olan Cəbrayıl rayonu ŞƏRH

Maddi və mədəni abidələrlə zəngin olan Cəbrayıl rayonu ŞƏRH

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda ermənilərin növbəti təxribatlarının qarşısının alınması məqsədi ilə başlanan “Dəmir Yumruq” əməliyyatı həmdə bizim tariximizə şanlı səhifə kimi yazılan Zəfərimizin təntənəsidir. Vətən müharibəsi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və bizim haqq işimiz olaraq qələbəmizlə nəticələndi. Düşmənə sarsıdıcı zərbələr vuran, Rəşadətli Azərbaycan Ordusu 5 oktyabr tarixində ata-baba torpaqlarımız olan Cəbrayıl şəhərini düşmənlərdən azad etdi. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. 23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdur. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılmışdır. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdə birlikdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-Tumas kəndi yaxınlığında yerləşən "Divlər Sarayı" mağarası, Qalacıq kəndindəki "Məscid Təpəsi", "Canqulu" və "Qumtəpə" kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı Sigeon tikintisi, Şıxlar kəndi yaxınlığında "şəhərcik qalıqlar", "Qışlaq yerləri", Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri həm tarixi və həm də arxoloji baxımdan çox qiymətli memarlıq abidələridir. Bunlarla yanaşı Doğtumas kəndindəki "Başıkəsik Kümbəz", Sirik kəndindəki "Qala", Diri dağındakı "Qız qalası", Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı" Azərbaycan memarlığının nadir inciləri hesab edilməyə layiqdir. Bu baxımdan Şıxlar kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki "Dairəvi" 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin də hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu sayda yazılı abidələr vardır ki, bunlardan biri - Ağoğlandakı Orxan yazılı abidəsi ulu keçmişimizin izlərini əks etdirən ən dəyərli daş salnamələrdən biridir. Rayonun ərazisi sement istehsalı üçün qiymətli xammal ilə, mərmər və başqa tikinti materialları ehtiyatları ilə zəngin olmuşdur. Əhali işğaldan əvvəl əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul idi. Rayonda tikiş, xalça, cihazqayırma sexləri və müxtəlif sənaye obyektləri fəaliyyət göstərirdi. Cəbrayıl aşıqların ulu babası sayılan Dirili Qurbaninin, Aşıq Pərinin, Mucrum Kərimin, Aşıq Humayın, Aşıq Abdullanın və başqa bu kimi el sənətkarlarının vətənidir. Elm, mədəniyyət bu torpaqda həmişə inkişaf edib. Cəbrayıl rayonu güclü kadr potensialı, yüksək intellektə malik ziyalıları, görkəmli alimləri ilə həmişə ölkəmizdə fərqlənmişdir.

2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndini işğaldan azad etməklə, doğma el-obalarımıza qayıdacağımız günlərin uzaqda olmadığını ortaya qoydu. Məhz həmin vaxtdan sonra özünün ən gözəl günlərinə qovuşan Cocuq Mərcanlı kəndi Qarabağa gedən yolun qapısı hesab olunmaqdadır. Tovuz istiqamətində düşmənin növbəti təxribatının qarşısını almaqla, ona tarixi ibrət dərsi verən Milli Ordumuzun əsgər və zabitləri bir daha sübut etdilər ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və əmri ilə ulu yurd yerlərimizi tezliklə düşməndən azad etməyə qadirdilər və inşallah tezliklə hamımız bu tarixi qələbənin şahidi olacağıq. Elə bu ümidlə də son 28 ildən bəri doğma el-obalarımıza qayıdacaqları günü həsrətlə gözləyən, dövlətimizə, möhtərəm Prezidentimizə həmişə öz sədaqətləri ilə fərqlənən Cəbrayıl camaatına yurd vüsalı arzulayır, ölkəmizin müdafiəsi və ərazi bütövlüyü uğrunda düşmənlə döyüşlərdə şəhidlik zirvəsinə ucalan ərənlərimizə isə ulu Tanrıdan qəni-qəni rəhmət diləyirik! Azərbaycan xalqı öz qəhramanlarını daim ehtiramla yad edir hörmətlə anır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər