PDF Oxu

Siyasət

  • 4 955

Aleksandr Razuvayev: Azərbaycan Qərb klubu qarşısında əyilmədi və gücünü göstərdi – MÜSAHİBƏ

Aleksandr Razuvayev: Azərbaycan Qərb klubu qarşısında əyilmədi və gücünü göstərdi – MÜSAHİBƏ

"Fransa İrəvana silah tədarük etməyə hazırlaşır, bu silahlarla nəsə etməyə cəhd etmək Ermənistanın könüllü intiharı olacaq"

Nüfuzlu rusiyalı politoloq Aleksandr Razuvayev Azərbaycan Prezidentinin İspaniya Qranadasında Ermənistan baş naziri ilə görüşə getməkdən niyə imtina etməsi və bununla bağlı Bakının Qərbdən nə gözləməsi barədə Moskva-Bakıya müsahibəsində maraqlı məqamları şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycan Prezidenti İspaniyada Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri və Avropa Şurasının rəhbərinin iştirakı ilə Avropa Siyasi Sammiti çərçivəsində keçirilməsi planlaşdırılan beştərəfli görüşdə iştirakdan imtina edib. Mənbələrin izah etdiyi kimi, bu, Parisin yenidən anti-Azərbaycan bəyanatları və danışıqlarda balanslaşdırma üçün Türkiyənin də iştirakı təklif olunduğu halda onun iştirakına razı olmamaları ilə bağlı baş verib. Parisin kobudluğu yeni doğulmuş bir tendensiya deyil. Sizcə, Əliyev bu dəfə görüşdən niyə imtina etdi?

- İlham Əliyevə nəinki Makron və ya Şolz, mahiyyətcə Aİ ilə görüşdən imtina etməyə imkan verən əsas amil Qarabağın birdəfəlik onun nəzarətinə qaytarılması oldu. Budur, Qarabağ mövzusu bağlıdır. Separatçılar Azərbaycanın antiterror tədbirlərinə başlamasından bir gün sonra təslim olub və separatçı rejimin özünü ləğv etdiyini bəyan ediblər. Möhtəşəm hadisədir. Azərbaycan parlaq ölkədir və parlaq döyüşçüləri var. Buna görə də müzakirə ediləcək başqa bir şey yoxdur. Qarabağ məsələsi bağlanıb.

Avropa İttifaqı, Almaniya və Fransa (Əliyev və Paşinyanla görüşə hazırlaşanların hamısı) son aylarda Azərbaycan əleyhinə bəyanatlarla çox fəallıq nümayiş etdiriblər. Bu gün Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamə qəbul edib. Bu əsas rol oynadı- niyə sənə qarşı olanlarla görüşməlisən ki. Bu vasitəçilər qərəzlidir: vasitəçi sülhə çağırmalı, vəziyyətə qərəzsiz baxmalıdır, Aİ, Fransa, Almaniya isə, sadəcə olaraq, Yerevanın lobbiçiləridir.

Avropa Siyasi Birliyinin sammiti layihəsinin təşəbbüskarı olan Makrona gəlincə, Bakı, sadəcə olaraq, imtinası ilə onu hamının gözü qarşısında rəzil etdi.

Onların bərabər məsafəli vasitəçi görünüşünü belə ortaya qoymamaları- bu, onların daim etdikləridir. Qranadadakı görüşdə təzyiq olacağı aydındır. Azərbaycan təzyiqlərə boyun əyməzdi. Onda bütün bunları dinləməyin nə mənası var idi? Ermənistandan fərqli olaraq Azərbaycan suveren ölkədir. Bakı isə bunu bir daha əyani şəkildə nümayiş etdirdi.

Ümumiyyətlə, Azərbaycanın Ermənistan-Azərbaycan nizamlanmasında artıq vasitəçilərə ehtiyacı yoxdur. Azərbaycan-Ermənistan münasibətləri artıq eksklüziv ikitərəfli səviyyəyə yüksəlir.

İlham Əliyev daha bir qələbə qazanıb. Və çox yüksək fərqlə qalib gəldi. Tarixi qələbə. Və döyüşdən sonra yumruqlarını yelləmirlər. "Matç" bitmişdir. Tablodakı hesab Azərbaycanın xeyrinədir.

- Amma məlumdur ki, bir çox ölkələr prinsipcə, hansısa yolla Qərblə ziddiyyət təşkil etməkdən qorxurlar və Qərbin daxilində öz iyerarxiyası var- nə mümkündür, nə mümkün deyil. Qərb istədiyi adama sanksiya tətbiq edirsə, deyə bilərikmi ki, Əliyev Avropa İttifaqına qarşı belə nümayişkaranə addım atıbsa, ona qarşı təzyiqləri yatırmaq üçün əlində alət var?

- Müəyyən dərəcədə, bəli. Hazırda dünya yenidən formatlaşdırılır. Və əvvəllər hamı (hətta indi də çoxları) Avropaya və ABŞ-a nə isə deməkdən qorxurdu. Azərbaycan artıq heç kimdən qorxmur. O, nəhayət ki, bu gün güclənən, Qərb hegemonluğuna qarşı çıxan kluba qatıldı.

Azərbaycanın enerji daşıyıcılarının Avropaya nəqlinin vacibliyini nəzərə alan Qərb Bakıya qarşı kəskin addımlar və ya real sanksiyalar (özlərinin sevimli üsulunu) tətbiq etməyəcək. Burada da Azərbaycan qalib gəldi. Bu, o deməkdir ki, Əliyevin əlində güclü alətlər var və ona cavab verilməyəcəyinə inam var.

Bununla da, Azərbaycan beynəlxalq statusunda bir pillə yüksəlmişdir. Mütləq suveren bir ölkə kimi, indi gördüyümüz kimi, Avropa İttifaqının rəyinə məhəl qoymamaq olar. O, enerji bazarındakı mövqeyini tamamilə adekvat qiymətləndirir.

Bundan əlavə, bütün bu illər ərzində Azərbaycan öz ətrafında Yer kürəsinin müxtəlif yerlərində əməkdaşlıqda maraqlı olan dost, sadiq, etibarlı dövlətlər dairəsi yaratmışdır. O, bunu özünəməxsus etibarlılığı və konstruktiv yanaşması ilə qəbul edib, konkret ölkələrə lazım olanı təklif edib. Sadəcə olaraq, o, bütün bu illəri öz statusunu bütün istiqamətlərdə inkişaf etdirməyə, mövqeyini möhkəmləndirməyə sərf etdi. Və o, tamamilə fərqli, müxalif qüvvələrlə statusunun artmasına ustalıqla nail oldu. Yalnız öz maraqlarına riayət etməklə.

Belə kiçik, lakin son dərəcə güclü bir ölkənin öz ərazi bütövlüyünü bərpa etməsi qlobal miqyasda tarixi hadisədir. Supergüclər bəzən buna nail ola bilmirlər. Yeri gəlmişkən, Azərbaycan artıq nümunə kimi göstərilir- ondan çox şey öyrənmək olar, o cümlədən ərazi bütövlüyünün bərpası məsələsində.

- Əliyev nəinki Qranadadakı görüşdən imtina etdi, prinsipcə sammitə getməkdən də imtina etdi. Bu isə daha ciddidir... Amma Paşinyan gedib Zelenski ilə görüşüb...

- Qoy görüşsün... Bu, Moskvada növbəti qıcıq yaradacaq. Avropa Siyasi Birliyinin sammiti çərçivəsində o, Avropa liderlərinin dəstəyini almağa və kömək istəməyə davam etməlidir ki, bunu artıq edir.

İndi Fransa da Ermənistana rəsmən silah tədarük etməyə hazırlaşır. Ola bilsin ki, İrəvan yenidən Fransa silahları ilə nə isə qazanmağa cəhd edəcək. Reallıqla barışmırlar, nə etsinlər... Bu intihardır. Əgər belə bir istək varsa, intihar... könüllü bir şeydir.

Paşinyan Rusiyadan nə qədər uzaqlaşsa, Azərbaycanla daha yaxından “tanış olacaq”.

- Qarabağ məsələsi bağlananda və Rusiyanın nəqliyyat-logistika layihələrini tam inkişaf etdirməsi lazım olanda Bakı bildirdi ki, Ermənistan Zəngəzur dəhlizinə razılıq verməsə və ya bununla bağlı qaldırılan məsələləri həll etməsə, Azərbaycan İrandan keçəcək alternativ marşrutdan istifadə edəcək.

- Qarabağ problemi Rusiyanın Azərbaycanla iqtisadi inteqrasiyasına çox mane olub. Problem aradan qalxdı və indi yaşıl işıq yanır. Əgər Azərbaycan Ermənistandan yan keçərək Zəngəzur dəhlizinə davam etsə, Ermənistan bir ölkə olaraq yenə heç nə ilə qalar. İqtisadiyyatı inkişaf etdirmək üçün ona çoxdan bütün ticarət yollarını açmaq lazım idi. Və beləliklə, heç olmasa, vətəndaşlarının həyat səviyyəsini yüksəldir. Amma yox, bunu etmək istəmirlər.

- Paşinyan nəhayət, sülh müqaviləsini imzalayacaq?

- Məncə, bu baş verməsə, onu əzəcəklər. Və o, Rusiyanın vasitəçiliyi ilə bunu imzalayacaq. Baxmayaraq ki, Qərb Rusiyanın vasitəçiliyi ilə bunun baş verməməsi üçün əlindən gələni edəcək. Yəni hər şey öz qaydasına düşəcək (və düşür)- üçtərəfli Putin-Əliyev-Paşinyan formatında. Yenə də Rusiya bu tarixi nizamlanmada öz mövqeyini qoruyub saxlaya bildi.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər