PDF Oxu

Siyasət

  • 3 076

Separatçı quldurlar belə cəzalandırılacaq - ŞƏRH+AKTUAL

Separatçı quldurlar belə cəzalandırılacaq - ŞƏRH+AKTUAL

Vaxt və zaman yetişdi!

Arayik Arutyunyan, Ruben Vardanyan, Bako Saakyan və s. separatçı quldurların həbs edilmələri olduqca önəmli məsələ olması ilə yanaşı, həm də dünya düzəni qarşısına qoyulan yeni, danılmaz faktdır. Məhz bu faktla Azərbaycan dünyaya sübut etdi ki, xalqına cinayətlər törətmiş şəxsləri əsla bağışlamaq fikrində deyil.

Azərbaycanda bu əməllərə imza atmış yüzlərlə şəxsin adı keçir

Mühüm amil isə budur ki, onların hamısı Azərbaycan ədalət məhkəməsi qarşısında cavab verəcəklər.

Politoloq Oqtay Qasımov mövzu ilə bağlı bildirib ki, 35 ildən bəri xalqımıza qarşı törədilən hərbi cinayətlər və bunları planlayan, iştirak edən, göstəriş verənlərin hər birinin haqqında materiallar toplanıb. O cümlədən, Azərbaycanda bu əməllərə imza atmış yüzlərlə şəxsin adı keçir və onlar haqqında cinayət işi qaldırılır: "Son dövrlərdə əsas fiqurların həbs olunması, xüsusən, üç separatçı - qondarma prezidentlərin həbsi olduqca ciddi nəticədir. Bu şəxslərin məhkəməsi beynəlxalq diqqəti cəlb edəcək. Azərbaycan bundan istifadə edərək, açıq məhkəmə keçirəcək. Erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin ifşası üçün bu məhkəmə prosesindən istifadə edəcək".

Nürnberq, Haaqa və s...

Politoloqun şərhindən həm də belə bir nəticə hasil etmək olar ki, hərbi cinayətkarların mühakimə olunması ciddi məsələdir. Bu kimi məhkəmələr isə dünyanın diqqəti mərkəzində olur. Məsələn, məşhur Nürnberq məhkəməsi.

"Nürnberq məhkəməsindən başlayan bu proses müxtəlif dövrlərdə davam edib. 90-cı illərdə keçmiş Yuqoslaviya ərazisində etnik təmizləmələrə və hərbi cinayətlərə imza atmış şəxslərin mühakimə olunması üçün Haaqa Məhkəməsi keçirildi. Bir çox keçmiş lider, general və siyasətçilər bu məhkəmədə mühakimə olundular. Digər bir istiqamət İsrail metodudur. İsrail İkinci Dünya Müharibəsində yəhudi xalqına qarşı hərbi cinayətlər və soyqırımı törətmiş, bu proseslərdə aktiv rol almış şəxslərin siyahısını müəyyənləşdirdi. İsrail dövləti yarandığı gündən bu günə qədər də nasistlərin və bu faşist liderlərin axtarışını davam etdirib. Zaman-zaman onların üzə çıxarılması və mühakimə edilməsi prosesini həyata keçirir", - deyən Qasımova görə, bunun son örnəyi yaşı artıq doxsanı keçmiş Adolf Eyxmanla bağlıdır. Belə ku, təxminən 60 il sonra (!) onun Argentinada yaşadığı müəyyən edildi. Faşist cəlladının şəxsiyyəti müəyyən ediləndən sonra həbs edilərək məhkəməyə çıxarıldı.

Respublikanın Baş Prokurorluğunda mindən artıq şəxslə bağlı cinayət işləri açılıb

Söz yox ki, Azərbaycan da bu metoddan istifadə edəcək. 1988-ci ildən başlayaraq xalqımıza qarşı və sonrakı dövrdə dövlətimizə qarşı hərbi cinayətlər törətmiş və ölkəmizi bölməyə çalışmış şəxslər yaxalanaraq mütləq mühakimə olunacaqlar. Bildiyim qədər bununla bağlı qeyd edək ki, Respublikanın Baş Prokurorluğunda mindən artıq şəxslə bağlı cinayət işləri açılıb və onların icrası davam etdirilir. Necə deyərlər, vaxtı və zamanı çatıb.

Afət Tahirqızı

Digər xəbərlər