PDF Oxu

Siyasət

  • 2 119

Xudafərin körpüsündə bayrağımızın dalğalanmasının böyük tarixi və siyasi əhəmiyyəti var ŞƏRH

Xudafərin körpüsündə bayrağımızın dalğalanmasının böyük tarixi və siyasi əhəmiyyəti var ŞƏRH

Azərbaycan tarixində bir çox şərəfli anlar, hadisələr, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunu 4 oktyabr 2020-ci ildə erməni işğalından azad etdi. Körpünün özü isə 18 oktyabrda erməni işğalından azad olunub.

Böyük zəfərlərə imza atan müzəffər ordumuz tarixi abidəni – Xudafərini öz sahibinə qovuşdurdu. Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü üzərindən də Azərbaycan bayrağı dalğalandırıldı. 44 günlük Vətən müharibəsi Zəfər tariximizi yazaraq, qısa zaman kəsiyində bizləri böyük tarixi qələbəyə apardı.

Körpünün Azərbaycan xalqının taleyində müstəsna dərəcədə önəmi var. Tarixən o taylı-bu taylı Azərbaycanı, hazırda isə Azərbaycanla İranı birləşdirən körpünün üzərində bayrağımızın dalğalanması tarixi hadisədir.

Əsrlərlə yaşı olan Xudafərin körpüsünün erməni işğalından azad edilməsi həm də şərəf məsələsiydi ki, Azərbaycan Ordusu bunu bacardı! Təsadüfi deyil ki, Xudafərinin azad edilməsi əməliyyatını və bayrağın ucaldılması mərasimini çoxsaylı güneyli qardaş və bacılarımız da Arazın o tayından göz yaşı və sevinc içərisində izləyiblər. Bu baxımdan, 4 oktyabr sadəcə, Cəbrayılın düşmən tapdağından xilas edildiyi gün deyil, həm də milli birliyimizi, bütövlüyümüzü ifadə edən tarixi bir gündür.

Azərbaycan torpağının hər bir qarışı bizim üçün əhəmiyyətlidir, hər biri çox dəyərlidir. Bunun ən böyük tarixi əhəmiyyəti odur ki, Azərbaycan dövləti, Azərbaycan Ordusu qədim torpaqlarımızı, o cümlədən, Xudafərini işğaldan azad edib, bununla da ərazi bütövlüyümüzü təmin etdi. Eyni zamanda, Xudafərin həm ticari, həm iqtisadi, həm də siyasi, tarixi və mənəvi baxımdan əhəmiyyətlidir. Xudafərin Azərbaycanın dövlət sərhədində yerləşən bir ərazi kimi tarixi əhəmiyyətə malikdir.

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində işğaldan azad edilmiş Xudafərin strateji əhəmiyyətə malikdir. Belə ki, Cəbrayıl rayonu ərazisindən keçən Araz çayı üzərindəki Xudafərin körpüsü yaxınlığında inşa edilən böyük hidroqovşaq mövcuddur. Bu ərazinin Ermənistanın işğalı altında olması layihənin həyata keçirilməsi üçün ciddi maneələr törədirdi. İşğaldan azad edilən Cəbrayıl və digər rayonlar bu anbarlardan enerji və içməli su təchizatı ilə bərabər suvarma üçün də istifadə edə biləcək. Ümumiyyətlə, 132 km İran-Azərbaycan sərhədi boyunca işğal edilən ərazilərin tam azad edilməsi Araz üzərində yeni birgə hidroqovşaqların inşasına təkan verəcək. Hazırda Cəbrayılda quruculuq-abadlıq işlərinin yüksək sürətlə həyata keçirilir. Bununla yanaşı, Zəngəzur dəhlizinin Cəbrayıldan keçməsi, Azərbaycanımızın bu qədim guşəsinə böyük perspektivlər vəd edir. Bu amil gələcəkdə Cəbrayılın, həm turizm, həm də sənaye mərkəzlərindən biri kimi inkişafına öz töhfəsini verəcək.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər