Bakı oktyabrın 2-dən etibarən daha bir möhtəşəm ev sahibliyi etdiyi və beş gün davam edən beynəlxalq tədbirə – 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməyə başlayır. Tədbir oktyabrın 6-dək davam edəcək və konqresə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb. Qeyd edim ki , Azərbaycanın ilk dəfə bu tədbirə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Ölkəmizdə keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edir. Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Beynəlxalq miqyasda ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq. Konqresin ölkəmizdə keçirilməsi məhz 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı qazanıb. Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında zamanı xüsusi qeyd edərək, son 20 ildə ümumi daxili məhsulumuzun 4 dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib: “Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik”. Ölkəmizdə sərmayə mühiti çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 300 milyard dollardan artıq vəsait qoyulduğunu deyib. Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etmə təcrübəsi tarixə yazılan şanlı hadisələrdəndir. Azərbaycan münaqişəyə son qoyaraq regionda sabitliyini təminatçısı kimi çıxış edir. Bu sabitliyin nəticəsində Azərbaycan haqq yolunda öz beynəlxalq hüququnu bərpa etdi. Ölkəmiz bu gün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tərəfdaşı olaraq regionda nümunə ölkələrdəndir. Mühüm məsələlərdən biri də,bu gün regionda enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabərdir və onun vacib elementini təşkil edir. Azərbaycan beynəlxalq bazarlara enerji nəql edərək etibarlı təchizatçı olaraq Avropa İttifaqı tərəfindən Pan Avropa təchizatçısı kimi dəyərləndirilir. Beynəlxalq miqyasda ən mühüm tədbirlərdən biri olan konqresin sayca ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizin Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, əvəzolunmaz imkanların yaradılmasına və inkişafına töhfə verəcək.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavin