Azərbaycan digər beynəlxalq tədbirlər kimi oktyabrın 2-dən strat götürən 74-cü Beynəlxalq Astronavtika Konqresini də yüksək səviyyədə təşkili edib. Bakı Konqres Mərkəzində keçirilən açılış mərasimində səhnələşdirilmiş musiqili tamaşanın, 1973-cü ildə Bakıda keçirilmiş 24-cü Beynəlxalq Astronavtika Konqresi və Azərbaycan haqqında videoçarxların nümayiş etdirillməsi, musiqi proqramı bunu deyəmə əsas verir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə hazırlığı hər zaman qonaqlar tərifindən də xüsusi qeyd olunur. Bunu 74-cü Beynəlxalq Astronavtika Konqresinin iştirakçıları da xüsusi olaraq bildiriblər və Azərbaycan Prezidentinə xüsusu təşəkkür ediblər. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri həm Prezident İlham Əliyevin qəbulunda olarkən, həm də Konqresin açılış mərasimində bu haqda öz səmimi fikirlərini çatdırıb: “Beynəlxalq Astronavtika Konqresi kosmik ictimaiyyətin nümayəndələri olaraq hamımız üçün unikal bir hadisədir. Bir çoxlarımız işini paylaşmaq, həmkarlarımızı salamlamaq və dünyanın hər yerindən çoxşaxəli və entuziazmla dolu olan cəmiyyətlə yeni əlaqələr yaratmaq üçün yalnız ilin bu vaxtı bir araya gələ bilirik. Prezident Əliyevin möhtəşəm dəstəyi olmasaydı, əlli ildən sonra Bakıya qayıda bilməyəcəkdik. Bu tədbir çərçivəsində BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı seminar və Kosmik Nəsil Məşvərət Şurasının Kosmik Nəsil Konqresi də keçirilib.8 min kvadratmetr sahədə yaradılan sərginin pavilyonunda 36 ölkədən 150 şirkətin stendləri iştirakçılara təqdim edilir. Dövlətimizin başçısı və birinci xanım Türk Kosmik Agentliyinin, Səudiyyə Ərəbistanının Kosmik Agentliyinin, ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA), Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının, “Israel Aerospace Industries” şirkətinin, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyasının, Çinin Astronavtika Cəmiyyətinin və digər şirkətlərin stendlərinə baxdılar. Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var. Konqresin “premium”, “platinium”, “qızıl”, “gümüş” və “bürünc” sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın “Space X”, “Axiom Space”, “Blue Origin”, “Boeing”, “Lockheed Martin”, “BlackSky” “Vast”, “Northrop Grumman” şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “Plan S” texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, “Israel Aerospace Industries” şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, “ispace”, “JGC Holdings Corporation”, “Astroscale” şirkətləri, “Airbus” şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı “İntersputnik”, Portuqaliyanın “Neuraspace”, Bolqarıstanın “EnduraSat”, Avstriyanın “Asgardia Space”, İtaliyanın Aeronavtika və Astronavtika Assosiasiyası, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun “Kuiper” layihəsi, “Jet Propulsion Laboratory”, “Voyager Space” şirkətləri yer alır. Bu onu göstərir ki, Azərbaycan beynəlxalq kosmik şirkətləri ilə sıx əməkdaşlıq edir. Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.Ölkəmizin coğrafi mövqeyi də bir sıra regional layihələrin reallaşması istiqamətində də xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi və iki qitəni birləşdirən mədəni, nəqliyyat və hazırda iqtisadi körpü rolunu oynaması ölkəmizə regionumuzda geniş beynəlxalq əməkdaşlıq qurmaq imkanı verir. Bu baxımdan logistika imkanlarının genişlərndirilməsi istiqamətində çox ciddi tədbirlər görülüb. Artıq Azərbaycanın əldə etdiyi nəticələr region ölkələrinə bəllidir və ildən ilə daşımaların həcmi artmaqdadır. O da qeyd olunmalıdır ki, ölkəmiz Xəzər dənizində yük gəmilərinin sayına görə ən böyük donanmaya malikdir. Azərbaycan coğrafiyanı bir fürsətə çevirib. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk. Bu istiqamətdə atılan addımlar mehriban və etibarlıq qonşuluq prinsiplərinə söykənir. Eyni zamanda o da qeyd olunmalıdır ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında bu mövzuya da diqqət çəkərək bildirmişdir ki, Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olub.
Nicat İsmayılov
YAP Yasamal rayon "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri