İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidləri gizir İslamov Elvin Elçin oğlunun və gizir Qasımov İsmayıl Sadiq oğlunun şəhadətlərinin üçüncü ildönümü münasibətilə məzarları ziyarət olunub.Yasamal rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar .Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən İslamov Elvin Elçin oğlu şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə, Qasımov İsmayıl Sadiq oğlu isə şəhadətindən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" medalları təltif ediliblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!