PDF Oxu

Siyasət

  • 2 112

Şəhid İsmayıl Kərimlinin doğum günündə əziz xatirəsi yad olunub FOTOLAR

Şəhid İsmayıl Kərimlinin doğum günündə əziz xatirəsi yad olunub FOTOLAR

İkinci Fəxri xiyabanda 44 günlük Vətən mühairbəsi şəhidi Kərimli İsmayıl Ceyhun oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.Yasamal rayon İcra Hakimiyyəti, Nəsimi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Kərimli İsmayıl Ceyhun oğlu şəhadətindən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər