PDF Oxu

Siyasət

  • 1 897

Vətən müharibəsi şəhidlərinin anım günlərində xatirələri yad edildi FOTOLAR

Vətən müharibəsi şəhidlərinin anım günlərində xatirələri yad edildi FOTOLAR

Oktyabr ayının 10-da Biləsuvar rayonunun Çaylı kəndində şəhid Kərimov Elvin Mürşüd oğlu və Amankənd kəndində şəhid Sarıyev Vüqar Fikrət oğlunun anım günləri ilə əlaqədar ailələri ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, sədr müavini, partiya fəalları, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidlərimizin şərəfli döyüş yolundan söz açılmış xatirələri yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ-sı olmuş şəhid Kərimov Elvin Mürşüd oğlu 13 sentyabr 1985-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, şəhid Kərimov Elvin Mürşüd oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun MAHHXHQ-sı olmuş şəhid Sarıyev Vüqar Fikrət oğlu 26 noyabr 1990-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib Murovdağ, Talış kəndi, Cəbrayıl, Füzuli və Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Sarıyev Vüqar Fikrət oğlu ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər