PDF Oxu

Siyasət

  • 2 327

Azərbaycanla Gürcüstanın əlaqələri daim inkişafdadır ŞƏRH

Azərbaycanla Gürcüstanın əlaqələri daim inkişafdadır ŞƏRH

Bu gün Azərbaycan özünün müstəqil çoxşaxəli enerji siyasətini həyata keçirir. Ölkəmiz zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca güclərdən birinə çevrilib.

Qeyd olunmalıdır ki, Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Azərbaycan bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun, hüquqi əlaqələr qurmaqla etibarlı partnyor imici qazanıb. Tam əminliklə demək olar ki, Azərbaycan bölgə səviyyəsində enerji təhlükəsizliyinin əsas təminatçısına çevriləcək. Onun rolu artdıqca geosiyasi çəkisi də artacaq.Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 0ktyabr 2023-cü il tarixdə Tbilisiyə etdiyi səfər ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrinin güclənməsi və möhkəmlənməsi istiqamətində atılan növbəti addımdır. Əsrlər boyu bizim xalqlarımız mehriban dostluq şəraitində yaşamışdır. Bu hər iki ölkə üçün çox vacibdir. Bunlarla yanaşı paytaxt Tbilisidə Ümummilli lder Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. İl boyu Azərbaycanda və Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd olunur. Gürcüstanda yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib. Soydaşlarımız Marneuli, Qardabanı, Bolnisi, Dmanisi, Rustavi və paytaxt Tbilisi şəhərində məskunlaşıblar.

Səfər zamanı maraq doğuran məqam Ulu öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğu yad edilməsi oldu. Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.

Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyr. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.

Dövlət başçısının görüş zamanı qeyd etdiyi kimi üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə öz suverenliyini bərpa etdi. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Bu gün bir neçə ölkə, eyni zamanda, bəzi təşkilatlar Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, bu sahədə Gürcüstan ola bilərdi.

Həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Həyata keçirilən enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri)reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər