Dövlətlərin azad yaşaması, inkişafı məhz qonşularla qurulan münasibətlərdən asılıdır. Bu mənada Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Gürcüstan Respublikasına səfəri xüsusi əhəmiyyət kəsb edir.Artıq regionumuzda sülh qığılcımları görünməkdədir. Uzaqdan uzağa Fransa kimi güclər hər cəhətlə aranı qarışdırdıqları halda, Türklər iki qonşu- Azərbaycanla Ermənistan arasında sülhün bağlanmasında maraqlıdır. Çünki Gürcüstan özü də erməni seperatçılarından zaman – zaman əziyət çəkib. Heç kimə sirr deyil ki, Ermənistan Gürcüstanın Cavaxetiya bölgəsinə də iddialıdır. Əgər onların Qarabağ xülyaları baş tutsaydı növbəti mərhələlərin birində Gürcüstanın üzərinə yeriyəcəkdirlər. Ermənistanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmən tanıması Gürcüstana da çox şeylər deyir.
Azərbaycan Gürcüstan münasibətlərinə gəlincə isə bu dostluğun yaşı çoxdur. Həmin dostluq xüsusən Ulu Öndər Heydər Əliyevin sağlığında yüksək səviyyəyə çatmışdır.Gürcüstanın o zamankı lideri Eduard Şevarnadze ilə Ulu öndərin şəxsi dostluğundan xalqlarımız da yetərincə faydalanmışdır. Xalqlarımız bu yaxşılıqları heç zaman unutmurlar. Gürcüstanın ən çətin vaxtı Rusiya müdaxiləsi zamanı idi. Həmin vaxt hərbi müdaxilədən başqa Rusiya Gürcüstanı həm də qazsız qomuşdu. Bu zaman onun köməyinə Azərbaycan çatdı. Öz ərazi bütövlüyünü və suverənliyini bərpa edən ölkəmiz bütün Qafqaz regionunun inkişafına yol açan Ermənistanla imzalanacaq və Cənubi Qafqazda yeni siyasi vəziyyətə, eləcə də üçtərəfli əməkdaşlığa səbəb olan sülh müqaviləsi üzərində işləyir.
Ermənistanla münasibətlərimizin normallaşma prosesində birtərəfli və qərəzli olmayan yardımı qəbul edərək nəzərə alırıq ki, həm coğrafi amil, həm də tarixi əlaqələr baxımından Gürcüstanla olan münasibətlər çox vacibdir. Bu əməkdaşlıq günü-gündən güclənir və möhkəmlənir. Cənab Prezident öz çıxışı zamanı qeyd etmişdir ki, Dostluğu və strateji tərəfdaşlığı ən əsas amil kimi qiymətləndirən Azərbaycan və Gürcüstanarasında əlaqələr, Anakliya limanı və Kulevi limanı, Bakı-Tblisi-Qars dəmir yolu və yeni infrastruktur layihələrinin yaranması Orta dəhlizin inkişafına və güclənməsinə xidmət edəcək. Hər iki ölkə arasında sülhə və sabitliyə xidmət edən irimiqyaslı qlobal enerji və nəqliyyat kommunikasiya layihələrinin icra olunması, Azərbaycan və Gürcüstanın İpək Yolu üzərində yerləşməsi bölgəmizdən keçən yük axınını dəfələrlə artırıb.
Cənab Prezident iki ölkə arasında humanitar əlaqələrə diqqət yetirildiyini və Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə olduğunu, azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin fəaliyyət göstərdiyini, Ulu Öndərin Gürcüstanla əlaqələrə böyük önəm verdiyini vurğulamışdır.
Şərqdən Qərbə gedən yüklərin daşınmasında əhəmiyyətlitranzit rolu, ölkəmizin enerji resurslarının Avropa bazarına çatdırılması Gürcüstanla olan münasibətlərin xüsusi əhəmiyyətini vurğulayır. Cənab Prezident İlham Əliyevin qonşu ölkəyə 11-ci səfəri zamanı Gürcüstanın Baş naziri ilə görüşlərinartdığını qeyd edərək bildirmişdir ki, bölgələrə olan işgüzar səfərlər yeni ənənə yaradıb.
1992-ci il noyabrın 18-də qurulan, olduqca zəngin tarixə sahib olan diplomatik münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanır. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” iki ölkə arasında strateji tərəfdaşlığın təməlini qoyaraq özündə siyasi, iqtisadi, humanitar və başqa sahələrdə strateji tərəfdaşlıq əlaqələrini birləşdirir. Cənab İlham Əliyev bu gün bir neçə ölkə, eyni zamandabir sıra beynəxalq təşkilatların Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesinə dəstək göstərmək istədiyini vurgulayıb. Həmçinin, Gürcüstanın da bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğu üçün Baş Nazir İrakli Qaribaşviliyə öz minnətdarlığını bildirib. Ermənistandan da eyni yanaşmanı gözlədiyini bildirən İlham Əliyev razılıq olarsa,dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ biləcəklərini əlavə edib.Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, bu zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyətyaranacaq - dövlət başçımız qeyd edib.
Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini qeyd edən dövlət başçısı bir çox sahələrdə, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət,qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlığın çox uğurlu ola biləcəyini vurğulayıb.
Nicat İsmayılov
YAP Yasamal rayon "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri