23 milyondan çox Amerika aborigenlərinin qətlə yetirilməsi bəşər tarixinin ən genişmiqyaslı soyqırımı hesab olunur
Bəşər tarixi çoxsaylı amansız soyqırımlarla zəngindir. Tarixdə müstəmləkə siyasəti aparan imperiya cəlladları insanlara qarşı ən qəddar cinayət üsullarından istifadə etməkdən çəkinməmişlər. Bununla digər xalqların da gözlərini qorxutmaq və müqavimət niyyətində olanları qeyri-şərtsiz təslim olmağa vadar etmək olub. Yunan tarixçisi Fukidid eramızdan əvvəl V əsrdə, Pelopennes müharibəsi (431-404) zamanı afinalıların Melos adası sakinlərini son nəfərinədək məhv etdiyini yazıb. Yəni, dünya yaranandan bu günədək soyqırımı hallarına rast gəlinib. Soyqırımı anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A saylı qətnamə ilə qəbul etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmişdir ki, hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir: - belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; - belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətlərinin yetirilməsi; - hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması; - belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər; - uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi. Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır. Bu obyektiv soyqırımı cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Soyqırımı cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır: - məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı; - belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması. Soyqırımı qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur; - niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv bir insan qrupunun mövcudluq hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırımı) ayrıca bir fərdin yaşamaq hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur.
“Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”
İlk dəfə olaraq, kütləvi insan qətliamlarının soyqırımı sayılması təklifini 1933-cü ildə yəhudiəsilli polşalı hüquqşünas Rafael Lemkin İspaniyada keçirilən cəza hüququnun eyniləşdirilməsinə dair V beynəlxalq konfransda irəli sürmüş və uzun müzakirələrdən sonra təklifini qəbul etdirə bilmişdir. Sonradan, yəni müharibənin Almaniyanın məğlubiyyəti ilə başa çatmasından sonra Nürnberq Beynəlxalq Hərbi Tribunalı nasistləri "insanlıq əleyhinə cinayətlərin" törədilməsi barədə qərar qəbul etdi. Qərarda "genosid" sözü ittihamnamə aktma daxil edildi. "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Konvensiya 19 maddədən ibarətdir. İndiyədək dünyanın 153 ölkəsi bu Konvensiyanı ratifikasiya etmişdir. 31 may 1996-cı ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən imzalanmış qərarla bu Konvensiyaya qoşulduğunu bəyan etmişdir. 25 iyun 1996-cı ildə isə Azərbaycan parlamenti bu qanunu ratifikasiya etmişdir. Konvensiya soyqırımını beynəlxalq hüquq normalarını pozan cinayət əməli kimi tövsif etmişdir. Həmin Konvensiyanın 1-ci maddəsində qeyd olunur ki, razılığa gələn tərəflər sülh və yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımı, beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edirlər və bu cinayətin qarşısını almaq və cəza tədbirlərini həyata keçirmək öhdəliyini götürürlər. Bu sənədi imzalamış dövlətlər soyqırımının qarşısını almaq üçün tədbirlər görmək və ona görə cəzalandırmaq öhdəliklərini öz üzərilərinə götürmüşlər.
Amerika vəhşiliyi təbliğ edən bölgə hesab olunur
Tarixi mənbələrə əsaslanaraq, demək olar ki, 23 milyondan çox Amerika aborigenlərinin qətlə yetirilməsi bəşər tarixinin ən genişmiqyaslı soyqırımı hesab olunur. Avstraliya aborigenlərinin soyqırımı da həyata keçirilmişdir. Belə ki, 1788-ci ildən başlayaraq Avstraliyada Avropa müstəmləkəçiləri məskunlaşmağa başladılar. O zaman yerli aborigenlərin sayı təxminən 750 000 nəfər təşkil edirdi. Lakin 1911-ci ildə onların sayı cəmi 31 000 nəfər idi. Onların əksəriyyəti xəstəlikdən, deportasiyadan, qətliamdan və aclıqdan həlak oldu. Almanlar tərəfindən Namibiyanm yerli xalqlarının məhv edilməsi nəticəsində 65 000 xerero (onların 80 faizi) və 10 000 nama (onlarm 50 faizi) həlak olmuşdur. 1985-ci ildə BMT Namibiya yerli xalqların məhv edilməsi cəhdini XX əsrin birinci soyqırımı aktı kimi qiymətləndirdi. 2004 ildə Almaniya hakimiyyəti Namibiyada soyqırımının törədilməsini etiraf etdi və rəsmi üzr istədi. XX əsrin ən səs-küylü genosid faktlanna nasist Almaniyası tərəfindən yəhudilərin məhv edilməsini (Xolokost), almanlan tərtib etdiyi "Ost plam"nı, İkinci Dünya müharibəsi zaman Paveliçin xorvat rejimi tərəfindən serblərin məhv edilməsini, Yaponiya ordusu tərəfindən törədilmiş beynəlxalq cinayətləri (müharibə bitdikdən sonra müttəfiqlər tərəfindən hərbi cinayətlərin törədilməsində ittiham olunan təxminən 5000 yapon hərbçisi üzərində məhkəmə prosesləri keçirilmiş və onlann 4400 nəfəri məhkum edilmiş, 1000 nəfərinə isə ölüm cəzası kəsilmişdir), 1975-1979 illərdə Pol Pot və İyenq Sari rejimi tərəfindən Kambocada 3 milyona qədər insanın məhv edilməsini, 1994-cü ildə Ruandada baş vermiş soyqırımını (bunun nəticəsində 800 minə yaxın insan həlak olmuşdur), 1995-ci ildə Srebrenisada Bosniya müsəlmanlarının Bosniya serbləri tərəfindən kütləvi qırğınını, Darfurda yerli əhalinin soyqırımı (BMT hesablamalarına əsasən, həlak olanların sayı 180 mindən artıqdır) və s. aid etmək olar. Qəbul edilən qərarlara və yuxarıda qeyd olunan prinsiplərə əsasən, demək olar ki, ermənilərin 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri kütləvi insan qətliamı soyqırımı aktları kateqoriyasına aiddir. Ermənilərin törətdiyi bu soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, o cümlədən, 63 azyaşlı uşaq, 106 qadın, 70 qoca qətlə yetirilmişdir. 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 487 nəfər yaralanmış, onlardan 76-sı uşaq, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür. Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırımı cinayəti aktı kimi tövsif etməyə imkan verir: 1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası. 2. Nörnberq Hərbi Tribunalının Nizamnaməsi. 3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4). 4. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1). 5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6). 6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103). 7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı. Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırımı kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.
Ermənistanın Xocalıda törətdiyi soyqırımı aktı bəşəriyyətə qarşı cinayətdir
Xocalı soyqırımı şahidlərinin ifadələrindən və aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır. Təbii ki, bu cinayət cəzasız qalmayacaq. BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayət törətmiş fiziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün "ad hoc" qaydasında ilk dəfə 23 fevral 1993-cü il tarixli 808 nömrəli və 25 may 1993-cü il tarixli 827 nömrəli qətnamələrinə əsasən "1991-ci ildən keçmiş Yuqoslaviya ərazisində törədilmiş beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan şəxslərin təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yaratmışdır. Bu tribunalın əsasnaməsi də təsdiq olunmuşdur. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının (KYBCT) birinci hökmü 29 noyabr 1996-cı ildə çıxarılmışdır. Ümumilikdə 144 məhkəmə prosesi keçirilmişdir (o cümlədən, 94-ü serblərə, 33-ü xorvatlara, 8-i Kosovo albanlarına, 7-si Bosniya müsəlmanlarına və 2-si makedoniyalılara qarşı). Həm də Haaqa Tribunalının ittihamları Bosniya serblərinin rəhbəri P.MIadiç və R.Karadiçə qarşı da irəli sürülmüşdür. İkinci Beynəlxalq Tribunal Ruanda (RBCT) üzrə yaradılmışdır. Bu məhkəmənin vəzifəsi 1994-cü ildə Ruandada və qonşu ölkələrdə soyqırımının bəşəriyyət əleyhinə cinayətin araşdırılması idi. BMT Təhlükəsizlik Şurasının 1994- cü il noyabrın 8-də qəbul etdiyi 955 saylı qətnaməsinə əsasən, "1994-cü ilin 1 yanvarından 31 dekabrına qədər Ruanda ərazisində və qonşu dövlətlərin ərazilərində törədilən soyqırımı və digər oxşar pozuntulara görə məsuliyyət daşıyan Ruanda vətəndaşları tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına görə məsuliyyət daşıyan şəxslərin məhkəmə qaydasında təqib edilməsi üzrə Beynəlxalq Tribunal" yarandı və onun əsasnaməsi təsdiq olundu.
Xocalıda uşaqları öldürən, ailələri məhv edən Koçaryan və Sarkisyan da məhkəmə qarşısına çıxarılmalıdır
Beynəlxalq qanunlara əsasən, Xocalıda qətliamlar törətmiş Sarkisyanın, Koçaryanın, Ohanyanın və digər vəhşilərin məhkəmə qarşısına çıxarılaraq cəzalandırılması ədalətin qismən də olsa bərpası demək olar. İngilis jurnalisti Tomas de Val “Qarabağ” kitabında konkret olaraq göstərir ki, Xocalı soyqırımının törədilməsi ilə bağlı Serj Sarkisyana sual etdikdə, o, Xocalı soyqırımını bilərəkdən törətdiklərini etiraf edib: “Serj Sarkisyan dedi ki, azərbaycanlılar elə bilirdi ki, zarafat edirik, biz Xocalıda heç bir cinayət törətməyəcəyik. Amma biz azərbaycanlılara sübut etdik ki, bunu bacarırıq”. Artıq Azərbaycan 44 günlük Vətən Müharibəsi və daha sonra 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Artunyan, Vardanyan, Qukasyan, Saakyan və digər soyqırımı aktları törədənlər cəngavər oğullarımız tərəfindən həbs ediliblər və əlləri qandallı Bakıya gətirilərək istintaqa təhvil veriliblər. Onları ən ağır cəzanın gözlədiyi şübhəsizdir. Lakin bu yetərli olmamalıdır. Xocalıda uşaqları öldürən, ailələri məhv edən Koçaryan və Sarkisyanda məhkəmə qarşısına çıxarılmalıdır. Əminəm ki, günün birində o cəlladlar da həbs ediləcək və Azərbaycanın istintaq orqanlarına təslim olunacaqlar. Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanıdılması istiqamətində fəaliyyət daha da gücləndirilməlidir. Aparılan təbliğat informasiya müharibəsi səviyyəsindən çıxaraq hüquqi müstəviyə keçməlidir.
İ.ƏLİYEV