Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının "Z.Xəlilov küç.35” (53 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatına Partiyaya yeni qoşulanların üzvlük vəsiqələrinin verilməsi ilə bağlı iclas keçirilib.İclasda YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, "Z.Xəlilov küç.35” (53 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Tünzalə Zeynalova, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi üzrə partiya təşkilatının nümayəndələri iştirak edib. İclasda ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva çıxış edərək qeyd edib ki, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğunu vurğulayıb. 1990-cı illərin əvvəllərində, Azərbaycanın ağır vəziyyətdə olduğu bir vaxtda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın ölkəmizin bütün sahələrdə inkişafında mühüm rolunu qeyd edən YAP Yasamal rayon təşkilatının sədr müavini E.Mustafayeva Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və qələbələri diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının da rolunu, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyini qeyd edib. "Z.Xəlilov küç.35” (53 nömrəli tam orta məktəb) ərazi partiya təşkilatının sədri Tünzalə Zeynalova qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir. İclasda 53 nömrəli tam orta məktəbinin Partiyaya yeni qoşulmuş əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib və onlara gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulanıb.
İclasda Partiyanın üzvlüyünə qəbul olunan əməkdaşlar çıxış edərək bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.