PDF Oxu

Siyasət

  • 4 870

"İnşaatçılar pr.98" ünvanında partiya fəalları ilə görüş keçirilib FOTOLAR

"İnşaatçılar pr.98" ünvanında partiya fəalları ilə görüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev "İnşaatçılar pr.98" ünvanında partiya fəalları ilə görüşüb.Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, "İnşaatçılar pr.98 (“XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi)" ünvanı üzrə ərazi partiya təşkilatının sədri Arif Qaraşov, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi üzrə partiya fəalları iştirak edib. Görüşdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib."İnşaatçılar pr.98 (“XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi)" ünvanı üzrə ərazi partiya təşkilatının sədri Arif Qaraşov görüş iştirakçılarını salamlayaraq qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi ulu öndər Heydər Əliyevin Partiyamızı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən əvvəl lider amili gəlir. Tarixi təcrübə və bugünkü ən yeni reallıqlar bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, cəsur qərarlar qəbul edən, milli maraqları hər şeydən üstün tutmağı və həm də onu qorumağı bacaran liderlər qazana bilirlər. 44 günlük Vətən müharibəsi tarixində Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, post-müharibə dövrünün reallıqlarına uyğun olaraq, siyasi inkişafa xidmət edən islahatların aparılmasını, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunmasını, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyini daha da gücləndirməsini, Böyük Qayıdışın həyata keçirilməsini, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsini və bu kimi milli məqsədlərin yaradıcısı ümummilli lider Heydər Əliyev və layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası tərəfindən strateji prioritetlər kimi müəyyənləşdirililib. Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edən B.Nəbiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyulmuş oldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Səmimi söhbət əsnasında partiya fəalları- Lumunət Kərimova, Yəmən Babayeva, Cəbrayıl rayon sakini Fəxriyyə Ağakişiyeva qeyd ediblər ki, 44 günlük Zəfər savaşında Azərbaycanın hərbi və diplomatik qüdrəti ilə təmin olunan ərazi bütövlüyümüz ölkəmizin iqtisadi gücünün nümayişi olaraq işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq- quruculuq işləri fonunda bütün dünyaya təqdim olunur. Prezident cənab İlham Əliyevin bu bölgədə aparılan işləri birbaşa nəzarətdə saxlaması həmin prosesin uğurunun başlıca təminatıdır. Bütün dünya erməni vandalizminin 30 illik işğal dönəmində Azərbaycan torpaqlarını viran qoymasına real şəkildə şahidlik etdi.

Səmimi görüşdə qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər