PDF Oxu

Siyasət

  • 2 525

Azərbaycan və Gürcüstan əlaqələri yüksək inkişaf xətti ilə davam etdirilir ŞƏRH

Azərbaycan və Gürcüstan əlaqələri yüksək inkişaf xətti ilə davam etdirilir ŞƏRH

İki qardaş dövlət arasında yüksək səviyyəli rəsmi səfərlərin həyata keçirilməsi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və regionda yeni layihələrin yaranmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri fəxri qonaq kimi qarşılanması ölkəmizə və millətimizə olan dərin hörmətin göstəricisidir. Azərbaycanlıların Gürcüstanda və gürcülərin isə Azərbaycanda həyat tərzinin daha da yaxşılaşdırılması proritet istiqamətlərdən biridir. Bu sahədə də ölkələrimiz tərəfdaşlığın müstəsna imkanlarını qarşılıqlı nümayiş etdiririk.

Bu gün Azərbyacan və Gürcüstan enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı layihələrinə aid olan məsələləri də müzakirə edir. Ölkələrimizin məhz enerji sahəsində əməkdaşlığının yaxşı tarixi var. Qeyd etməliyəm ki, Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri Gürcüstan ərazisindən keçir. Bu əməkdaşlıq uzun illər ərzində çox uğurlu olub. Əlbəttə ki, enerji şaxələndirilməsi ilə bağlı gələcək planları da ölkələrimiz müzakirə etmişdir.

Ölkələrimizin iqtisadi əlaqələrini, ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var ki, buda ticari mübadilələr səviyyəsini artıra bilər. Azərbaycan eyni zamanda, qarşılıqlı sərmayələr üçün yaxşı imkanları qiymətləndərək Gürcüstanda sərmayə qoyuluşunun təfərrüatlarını dəyərləndirəcək. Bununla belə, Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur, enerji və nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlayıblar. Bu, həm də sənaye sektoruna da aiddir.

Ölkələrimizin ərazi bütövlüyü məsələsində dövlətlərimiz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub. 2020- cı ildə Ermənistanın növbəti dəfə təxribat törətmək əməllərinə cavab olaraq Azərbaycanın başladığı Vətən müharibəsi zamanı torpaqlarını işğaldan azad edən ölkəmizi dəstəkləyən bir ölkə də qonşu və bizə qardaş olan Gürcüstandır. Azərbaycan kimi öz torpaqlarının bir qismi separatçılar tərəfindən nəzarətdə qalan və Rusiya tərəfindən qanunsuz olaraq işğal altında saxlanılan Gürcüstan hökuməti Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını vacib sayır. Hətta müharibə dövründə Ermənistana silah və sursat daşımalarının qarşısını almaq üçün, Gürcüstan quru və hava məkanını bağlı saxlamaqla, belə demək mümkündürsə, Ermənistanı cəzalandırdı. Müharibə günlərində, paytaxt Tiflisdəki “Sülh” körpüsü və televiziya qülləsi Azərbaycan bayrağının rənglərinə bürünmüşdü.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər