PDF Oxu

Siyasət

  • 2 169

Lənkəranın Boladı kəndində YAP fəalları ilə görüş keçirilib FOTOLAR

Lənkəranın Boladı kəndində YAP fəalları ilə görüş keçirilib FOTOLAR

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayevin partiya fəalları, şəhid ailələri, müharibə iştirakçıları, kəndin ağsaqqalları və ziyalılar ilə növbəti görüşü rayonun Boladı kəndində keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyətinin ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmadığını, eyni zamanda, beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıdığını deyən təşkilat sədri bildirdi ki, ölkənin inzibati-coğrafi sərhədlərindən - respublikamızın hüdudlarından partiyamızın səmərəli xarici əlaqələri və beynəlxalq əməkdaşlığı Azərbaycanın dövlətçilik maraqlarının qorunmasında böyük əhəmiyyət daşıyır. YAP xarici ölkələrin hakim partiyaları ilə səmərəli əlaqələrini davam və inkişaf etdirməklə öz missiyasını layiqincə yerinə yetirir. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyalarından olan YAP-ın beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi yeni reallıqların təbliği, ölkəmizə qarşı yönəlmiş dezinformasiya və yalanların ifşası, informasiya müharibəsinə dəstək baxımından olduqca mühüm qüvvəyə malikdir. Beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır.Natiq daha sonra dedi:- Başqa dost ölkələrin hakim partiyaları ilə əlaqələrimiz də ürəkaçandır. Bu baxımdan, vaxtaşırı səfərlərin həyata keçirilməsi və görüşlərin təşkili ölkəmizin mənafeyinə gözəl töhfə verir. Ötən il YAP nümayəndə heyəti olaraq Ukraynaya səfər çərçivəsində faydalı və məhsuldar görüşlər, təmaslar baş tutdu. Həmçinin, həmin il Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edən mühüm amillərdən biri də partiyamızın nümayəndə heyətinin Qazaxıstana səfəri oldu. Yeni Azərbaycan Partiyası arasında olan Çin Kommunist Partiyasının münasibətləri də uğurla davam edir. Onu da nəzərinizə çatdırım ki, səfərlər və görüşlər zamanı partiyalararası əməkdaşlıq məsələlərinin müzakirə olunması ilə yanaşı, Azərbaycan həqiqətlərinin, ən əsası postmüharibə reallıqlarını faktlarla açıb göstərməsi çox önəmlidir. Çünki yeni mərhələdə qarşıda duran əsas vəzifə Qarabağ Zəfərinin diplomatik və informasiya müstəvisində möhkəmləndirilməsi, dost və tərəfdaşlarımızın sayının artırılması, Azərbaycana dəstəyin gücləndirilməsidir. Maraqlı və səmimi şəkildə keçirilən görüşdə iştirakçılar tərəfində irəli sürülən təklif və problemlər dinlənilib.

Görüşün sonunda İ.Əmənullayev partiya üzvlərini maraqlandıran sualları cavablandırıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər