PDF Oxu

Siyasət

  • 3 336

“15 oktyabr 2003-cü il - Xalqın iradəsinin və istəyinin reallaşdığı gün” FOTOLAR

“15 oktyabr 2003-cü il - Xalqın iradəsinin və istəyinin reallaşdığı gün” FOTOLAR

12 oktyabr 2023-cü il tarixində YAP Tərtər rayon təşkilatının Qərargahında 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə bağlı “15 oktyabr 2003-cü il - Xalqın iradəsinin və istəyinin reallaşdığı gün “ mövzusunda konfrans keçirilmişdir. Konfransa başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək bildirib ki, 2003-cü il oktyabrın 15-də keçirilən Prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib. Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə, böyük inama verilən səs idi. Xalqımız öz seçimində yanılmamışdı. Prezident cənab İlham Əliyev Azərbaycan dövlətini zirvələrə qaldırdı, dünyada söz sahibinə malik bir dövlətə çevirdi. Prezident seçildiyi ilk illərdən etibarən cənab İlham Əliyev iqtisadiyyatda, səhiyyə, təhsil sistemində, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu.

Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev gənclərin sağlamlığına, təlim-tərbiyəsinə böyük diqqət ayırdı. Məhz bunun bariz nümunəsidir ki, gənclərimiz sağlam olmaqla yanaşı beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirməklə ölkəmizi tanıtdırırlar. Ölkə başçımız hər zaman azərbaycanlı gənclərə inandığını bildirir. Bu gün gənc, istedadlı demokratik düşüncəli gənclərimizə böyük etimad göstərilir, onlar dövlət idarəçiliyində, icra orqanları strukturlarında rəhbər vəzifələrə təyin olunurlar. Sədr Eldar Əsədov çıxışının sonunda həmçinin onu da qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazandıq. Artıq Qarabağa "Böyük Qayıdış" planı reallaşmaqdadır. Artıq keçmiş məcburi köçkünlərimiz də öz yurdlarına mərhələli şəkildə dönməkdədir. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası və dirçəldilməsi ilə Azərbaycan cənab İlham Əliyevin başçılığı altında daha güclü bir dövlətə çevriləcək.
Konfransda çıxış edənlərdən – Faiq Məmmədov, Çingiz İsayev, Qabil Bəylərov, Gülüstan Əhmədova, Elvin Məhərli və Gülnar Vahidzadə Möhtərəm Prezidentimiz, YAP sədri Cənab İlham Əliyevin Prezident seçildiyi 20 il ərzində xalqa verdiyi bütün vədləri yerinə yetirdiyini bildirdilər. Həmçinin qeyd edildi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin 20 illik Prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır.

Digər xəbərlər