İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi leytenant Abbasov Teymur Feyruz oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət olunub. Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal rayon bələdiyyəsi, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Abbasov Teymur Feyruz oğlu şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!