03 oktyabr 2023-cü il tarixdə Qobustan rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) Akt zalında Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar konfrans keçirilib. Konfrans başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Konfransda məruzə ilə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov qeyd etmişdir ki, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümüdlər bəsləyirəm”. Bu inam Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin üzərinə böyük məsuliyyət qoyurdu. Cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsilə son 20 ildə ölkəmiz bütün sahələr üzrə sürətli inkişaf yoluna qədəm qoydu. Yoxsulluğun və işsizliyin azaldılması, hər bir vətəndaş üçün layiqli həyat şəraiti, davamlı əməkhaqları artımları, pensiyalarda 10 dəfə artım, Şəhid ailələri və Qazilərin mənzil təminatı Heydər Əliyev Fondunun “Məzun evi”layihəsi, bütün bunlar son 20 ilin reallıqlarıdır. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. 20 il əvvəl Möhtərəm Prezidentimizin dediyi sözləri xatırlamaq yerinə düşər: “Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”. Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Zəfər qazandıq. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il müddətində davam edən işğala cəmi 44 gün müddətində son qoymağı bacardı, 19 sentyabr 2023-cüil tarixindəlokal xarakterli antiteror tədbirlərində Ermənistanı diz çökdürdü, təslim olmağa məhkum etdi. Ali Baş Komandan İlham Əliyev ən yeni tariximizə Zəfər sərkərdəsi kimi öz möhürünü vurdu. Məruzə ətrafında müzakirələrdə Uşaq Musiqi məktəbinin direktoru Zaur Cəfərov, Cəyirli ƏPT-nin sədri Aynur Axundova, Maliyə şöbəsi ƏPT-nin sədri Abuzər Qarayev və BTS ƏPT-nin sədri, Biologiya elmlər doktoru, dosent Atabəy Cahangirov çıxış etmişlər.
Müzakirələrdən sonra konfrans öz işini yekunlaşdırmışdır.