13 oktyabr 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin prezidentlik dövrünün 20 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Xızı rayonu Heydər Əliyev parkında keçirilən ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, partiya fəalları, ictimaiyyət nümayəndələri, könüllülər iştirak edib.
Ağacəkmə aksiyası çərçivəsində yerli iqlimə uyğun olan sərv, tuya, eldar şamı əkilib, əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, parkın ərazisində təmizlik-abadlıq işləri aparılıb.