PDF Oxu

Siyasət

  • 2 858

Tərtərdə şahmat yarışı keçirilib FOTOLAR

Tərtərdə şahmat yarışı keçirilib FOTOLAR

13 oktyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar olaraq məktəblilər arasında müxtəlif yaş qrupları üzrə şahmat yarışı keçirilmişdir. Yarışdan öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onların xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov öz çıxışında Ulu Öndərin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlərin hər birinin dahi şəxsiyyətin bütün sahələrdə davamlı uğurların əldə edilməsi üçün möhkəm təməl yaratdığını yarış iştirakçılarının nəzərinə çatdırmışdır. Sədr Eldar Əsədov bildirdi ki, Ümummilli Lider idmanın inkişafına daim böyük qayğı göstərib. Məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib. Ölkəmizdə güclü şahmat məktəbi yaradılıb. Bu proses bu gün də uğurla davam edir. Şahmatın inkişafı dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət tərəfindən göstərilən qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Ötən onilliklər ərzində Avropa, dünya çempionatlarında və bir sıra digər mötəbər turnirlərdə iştirak edən şahmatçılarımız böyük uğurlar əldə ediblər.

Yarışın sonunda müxtəlif yaş qrupları üzrə fərqlənən bir qrup şahmatçı YAP Tərtər rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunmuşlar.

Digər xəbərlər