13 oktyabr 2023-cü il tarixdə Şabran şəhərində Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prezidentlik dövrünün 20 illiyinə həsr olunmuş şahmat turniri keçirilib. Yarışda Yeni Azərbaycan Partiyasının sədri Mehdi Balabəyov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov, Şabran rayonu üzrə Gənclər və İdman sektorunun rəisi Süleyman Əliməmmədov, Şabran rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Zeynal Zeynalov, məktəbin müəllimləri və yarış iştirakçıları iştirak etmişlər. Tədbirdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirdi ki, son 20 ildə Azərbaycan dövləti idman sahəsində də mühüm nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyevin idmana diqqəti sayəsində Azərbaycan artıq idman ölkəsi kimi bütün dünyada layiqli yerini tutmuşdur. Bu gün müstəqil Azərbaycanın idmançıları dünya miqyasında böyük uğurlar qazanırlar Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan beynəlxalq idman ailəsində layiqli yerini tutmaqdadır. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalqın nümayəndəsi kimi təmsil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin digər sahələrdə olduğu kimi idman sahəsinə də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaq.
Yarışın sonunda tədbir iştirakçılar tərəfindən qalib gələb idmançılar fəxri fərmanlarla və medallarla təltif olunaraq, xatirə fotoşəkilləri çəkilmişdir.