PDF Oxu

Siyasət

  • 1 640

İkinci Fəxri xiyabanda şəhidlərin əziz xatirələri yad olunub FOTOLAR

İkinci Fəxri xiyabanda şəhidlərin əziz xatirələri yad olunub FOTOLAR

İkinci Fəxri xiyabanda 44 günlük Vətən mühairbəsi şəhidləri Mustafayev Nurlan Ağa oğlunun və Nəcəfov Yusif Nadir oğlunun şəhadətlərinin üçüncü ildönümü münasibətilə məzarları ziyarət olunub. Yasamal rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal rayon bələdiyyəsi, şəhidlərin ailə üzvləri, qazilər, 44 günlük Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Mustafayev Nurlan Ağa oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”,"Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə, Nəcəfov Yusif Nadir oğlu isə şəhadətindən sonra "Vətən uğrunda", “Fərqlənməyə görə” və "Kəlbəcərin azad olunmasına görə" medalları təltif ediliblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər