YAP Ağcabədi rayon təşkilatının inzibati binasında “Qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan” mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri, düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər. Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açdı. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın mütəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə etdi. Məruzədə qeyd edildi ki, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkisində seçicilərin böyük əksəriyyəti İlham Əliyevə səs verməklə Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına və inkişafa səs vermiş oldu. Keçən 20 il müddət ərzində ölkə rəhbəri çox böyük uğurlara imza atıb. Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi 2003-cü ildən başlayaraq yeni dinamika alıb, bütün istiqamətlər üzrə ciddi nailiyyətlər əldə edilib. Daxili və xarici siyasətin tam vəhdəti təmin edilib, Sosial-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurların analizi göstərir ki, Azərbaycan 20 il müddətində sözün həqiqi mənasında nəhəng irəliləyiş əldə edib. Və bu irəliləyişin ən gözəl cəhəti ondan ibarətdir ki, həm ayrı-ayrı sferalarda aparılan islahatlar bir-birini tamamlayırlar, həm də onların hər biri insanların həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına xidmət edir. Cənab Prezident İlham Əliyev ilk dəfə Prezident seçkiləri zamanı xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi bu 20 ildə ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Konfransda ADPU-nun Ağcabədi filialının ƏPT sədri, Fəlsəfə üzrə fəlsəfə doktoru Mahir Səlimov “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, Ağcabədi Pedoqoji Kolleci ərazi Partiya təşkilatının sədri Rövşən Bayramov çıxış edərək qeyd etdilər ki, bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Prezident kimi gərgin əməyinin nəticəsində yenidən Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Tədbirdə Ağcabədi şəhər 4 saylı və 11 saylı tam orta məktəbin şagirdləri tərəfindən Ulu Öndər Heydər Əliyevə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qəhrəman Azərbaycan ordusuna həsr edilmiş şeirlər səsləndirildi.Partiya işində səmərəli fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalına Fəxri Fərmanlar təqdim edildi.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər.