Abbas Əliyev, YAP Abşeron rayon təşkilatının sədri
15 oktyabr 2003-cü il də keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu Cənab İlham Əliyevə səs verərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi və bununla da dövlətimizin inkişafında yeni bir mərhələ başlandı.
Cənab Prezident İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirdi, Heydər Əliyev siyasətinə sadiq qalacağına söz verdi. Dövlətimizi qüdrətli ölkəyə çevirmək üçün ən başlıcası, dövlətdə Ümummiılli Lider Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu yüksək kürsüdən bugün çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm.
20 illik fəaliyyəti dövründə Cənab Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Ölkəmizin bu müddət ərzində bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Dövlətimizin siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ümummilli Lidermizin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib. Ali Baş Komandan Cənab Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə, xalqa müntəzəm müraciətlər edirdi. Həmin müraciətlər xalqımızı ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi.
Həmin dövrdə bütün müjdəli xəbərləri xalqımızıa məhz Ali Baş Komandanı cənab Prezident İlham Əliyev verirdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm döyüş meydanında, həm də siyasi arenada öz gücünü, qüdrətini bütün dünyaya göstərdi.
Vətən müharibəsi dövründə dövlət başçısı informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi. Prezident İlham Əliyev istər xalqa müraciəti, istər tvitter paylaşımları, istərsə də bu müddətdə verdiyi 30-a yaxın müsahibəsi ilə bütün dünyada Azərbaycanın haqq carçısına çevrildi.
19 sentyabr 202-cü il Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun
bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Ağ bayraq qaldıraraq düşmən təslim oldu. Azərbaycanın bununla da bütün ərazilərində Konstitusiya quruluşu bərpa olundu. Cənab Prezident İlham Əliyevin rəhbərliyi
altında bu gün Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir.
Bu da onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək. Öz yurd-yuvalarından
didərgin düşən soydaşlarımız evlərinə əbədi olaraq qaydacaqlar.