PDF Oxu

Siyasət

  • 1 880

Vədinə və andına əməl edən LİDER TƏHLİL

Vədinə və andına əməl edən LİDER TƏHLİL

Son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti sayəsində Azərbaycan dünyanın ən inkişaf edən dövlətləri sırasına yüksəlib

Bu gün işağldan azad edilmiş torpaqlarımız rahat nəfəs alır. Keçmiş qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar. Hər yerdə quruculuq, abadlıq işləri həyata keçirilir. Bütün bunlara görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətə və bu siyasəti uğurla davam etdirərək ölkəmizə yeni-yeni qələbələr bəxş edən Prezident İlham Əliyevə minnətdarıq, təşəkkürlər edirik. İnanırıq ki, bu uğurlar və qələbələr davamlı olacaq. Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və digər ərazilərdə qaldırılan bayrağımız əbədi dalğalanacaq. Əminliklə demək olar ki, bugünkü güclü, qüdrətli Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Qurulan bu dövlətin sükanı arxasında Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin olması Azərbaycana yeni-yeni uğurlar gətirməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2003-cü il prezident seçkiləri ərəfəsi söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri son 20 ildə öz uğurlu nəticəsini bütün sahələrdə təsdiq etməkdədir. Ölkəmizin sosial, iqtisadi sferada, elm, mədəniyyət, hərbi və siyasi sahələrdə mütərəqqi nailiyyətlər əldə etməsi onu deməyə əsas verir ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin zəfər yolunu ləyaqətlə davam etdirir. 2003-cü il oktyabrın 1-də Dahi Öndər Heydər Əliyev xalqa müraciət edərkən demişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ötən 20 il ərzində geniş ixrac infrastrukturu yaradılmış və ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə geniş miqyaslı quruculuq abadlıq işləri həyata keçirilmiş, sosial iqtisadi sahə də nailləyətlə qazanılmış, işğaldan azad edilmiş ərazilərimizin azadlığına qovuşması təmin edilmişdir. İqtisadi uğurlar insanların həyat səviyyəsinin daha da yaxşılaşması deməkdir. Verilən məlumata görə, Azərbaycanın strateji valyuta ehtiyatlar 67, 8 milyard ABŞ dolları təşkil edir. Ötən 20 il ərzində Azərbaycanın valyuta ehtiyatları 40 dəfə artmışdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişdir. Hazırda qəbul edilən dövlət proqramlarının bir qismi başa çatdırılmış, digərləri isə uğurla icra olunmaqdadır. Ölkə iqtisadiyatına qoyulan investiyanın həcmidə hər il artmaqdadır. Ötən 20 il ərzində Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft və Bakı-Tbilisi-Ərzurum neft-qaz sektoruna 30 milyard ABŞ dollarından artıq sərmayə cəlb edilmiş, geniş ixrac infrastrukturu yaradılmış və ölkəmiz regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Xarici investisiyanın ölkə iqtisadiyyatına cəlb edilməsi nəticəsində Dövlət Neft Fondunun valyuta ehtiyatları dəfələrlə artmışdır. Təbii ki, maliyyə daxil olunmaları müxtəlif sosialyönümlü layihələrin icrasına, əhalinin sosial vəziyyətlərinin yaxşılaşmasına, yeni iş yerlərinin artmasına xidmət edir. Beynəlxalq maliyyə fondlarının gəldikləri qənaətə və açıqladıqları illik hesabatlara görə, Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən dövlətdir. Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artdı, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan 46 milyard dollara çatdırılıb. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb. 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi paradda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, “ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”. 2003-cü ildən sonrakı dövrdə hərbi xərclərin 15 dəfədən çox artırılması, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasından tutmuş ordunun ən müasir silahlarla, texnika ilə təchizatına kimi məsələlərin effektiv həlli, o cümlədən müdafiə sənayesinin formalaşdırılması, 20-dən çox hərbi zavodun yaradılması və 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalı, hərbi-texniki sahədə dost ölkələrlə çox səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi, ən əsası isə ordunun döyüş qabiliyyətinin, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan məqsədyönlü addımlar son nəticədə Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olmasını şərtləndirdi.

Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərə daim xüsusi qayğı ilə yanaşır

Son 20 ildə ölkədə minlərə məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb, dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib. Ölkədə səhiyyə islahatları da uğurla reallaşır. Bu gün təkcə paytaxtda deyil, bölgələrdə də müasir və ən qabaqcıl tibb avadanlığı ilə təchiz olunmuş müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar tikildi, mövcud səhiyyə ocaqları əsaslı şəkildə yenidən quruldu, bölgə sakinləri birbaşa yerlərdə müalicə olunmaq imkanı qazandı. Şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib. Şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onlara dövlət tərəfindən 11 min manat vəsait verilməsi həyata keçirilib. Prezident İlham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı. Buna uyğun olaraq o, 16 aprel 2007-ci ildə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təsdiq etdi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası Prezident İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdəndir. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tuturdu. BMT-nin Dayanıqlı İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanmış və Xarici Siyasət jurnalında nəşr olunmuşdur. “The Business Year” jurnalı Prezident İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası uğurla icra olunmuş və əminliklə demək olar ki, artıq qarşıya qoyulan bütün məqsədlər həll edilmişdir. Beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə geniş və əhatəli əlaqələr quran Azərbaycan bununla dünyada ən etibarlı tərəfdaş ölkə olaraq tanınır və qəbul edilir. Məhz bu etibarın və inamın nəticəsi olaraq Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi dövlətimizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Azərbaycanın Sədrliyi dövründə Qoşulmama Hərəkatı ən dinamik inkişaf dövrünü yaşamışdır

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının təsis olunması Azərbaycanın prinsipial fəaliyyətinin nəticəsidir. Qoşulmama Hərəkatının Bakıda keçirilən konfransında Prezident İlham Əliyev Parlament Şəbəkənin əhəmiyyətindən danışarkən demişdır: “Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq. 2018-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində Cənab İlham Əliyevin yenidən Prezident seçilməsi bir daha xalqımızın Ona inandığını, etimad və etibar etdiyini, daxili və xarici siyasətini dəstəklədiyini göstərir. Xalqın dəstəyi, ordunun qüdrəti, Müzəffər Ali Baş Komandanın Sərkərdəlik məharəti işğal altında qalan torpaqlarımızın azad edilməsini hədəflədi. Bir zaman ən adi silahları xaricdən alan Azərbaycan 2005-ci ildə yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin hesabına özü müasir silah və texnika istehsal etməyə başladı. Nazirliyin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlının təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürüldü. 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətənin müdafiəsi, düşmənin yerində oturdularaq işğal altında olan torpaqların azad edilməsi uğrunda “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Müzəffər Ordumuzun 44 günlük savaşda 300-ə qədər kəndi, 5 şəhəri, 4 qəsəbəni, xeyli sayda strateji yüksəklikləri işğaldan azad etməsi noyabrın 10-da Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanması ilə nəticələndi.

Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankındidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda üçrəngli bayrağımızı ucalmaqla xalqımıza yeni və möhtəşəm sevici bəxş etdi

Yenilməz Sərkərdə, Prezident İlham Əliyevin Sərəncamı əsasında Qarabağın ürəyi Şuşanın işğaldan azad edildiyi gün - 8 noyabr Zəfər Günü kimi təsis olundu. Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”.

Bu ilin sentyabrın 19-da başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə Qarabağdakı separatizm tamamilə ləğv edildi. Qısa müddətdə separtçıların böyük əksəriyyəti, o cümlədən, Vardanyan, Artunyan, Qukasyan, Saakyan və digələri həbs edilərək istintaqa təhvil verildilər. Yaxın günlərdə məhkəmə keçiriləcək və separtçılar layiqli cəzalarını alacaqlar. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankındidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza yeni və möhtəşəm sevinci bəxş etdi.

İ.ƏLİYEV

Digər xəbərlər