PDF Oxu

Siyasət

  • 2 148

" Sadə vətəndaşlara, qurumlara qarşı bu cür hücumlar törədilə bilər" - MEDİA EKSPERTİ

" Sadə vətəndaşlara, qurumlara qarşı bu cür hücumlar törədilə bilər" - MEDİA EKSPERTİ

Onlayn mühitdən istifadə edən şəxs buradakı kiber təhlükəsizlik qaydaları ilə tanış olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib. M.Ələsgərli bildirib ki, təhlükəsiz qaydaları ilə tanış olmadan kiber məkana daxil olan şəxslər həm özləri, həm də başqaları üçün müəyyən təhlükələr yarada bilər. Bu baxımdan onlayn mühitdə olan hər bir şəxs ibtidai təhlükəsizlik qaydaları ilə tanış olub, onlara riayət etməlidirlər.Müşahidələr göstərir ki, kiber məkanda baş verən təhlükəsizlik problemlərinin bir çoxu buradakı istifadə qaydalarının öyrənilməməsindən irəli gəlir. Amma kiber hücumları təşkil edən şəxslər də peşəkar olurlar və hansısa obyektləri xüsusi hədəfə çevirirlər. Bu baxımdan Azərbaycan dövləti kiber təhlükəsizliklə mübarizə aparmaq üçün ixtisaslaşmış qurumlar yaradıblar. Bizim əhali üçün daha çox əlçatan və populyar olanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində olan Elektron Təhlükəsizlik Mərkəzidir. Bu mərkəz kifayət qədər aktiv işləyir. Kiber hücumların çeşidi çoxdur, müxtəlif variantlarda olur. Bu baxımdan sadə vətəndaşlara, qurumlara qarşı da bu cür hücumlar törədilə bilər".Ekslert hesab edir ki, istənilən onlayn mühit istifadəçisi kiber təhlükəsizlik qaydaları ilə tanış olmalı, müdafiə qaydalarını öyrənməlidir. İxtisaslaşmış kiber hücumların qarşısının alınması üçün isə müvafiq qurumlardan yardımlar alınmalıdır. Hesab edirəm ki, Azərbaycanda media savadlılığının aparılması ilə bağlı böyük bir proqram tərkibində kiber hücumlar və onlardan müdafiə qaydaları ilə bağlı da müəyyən işlər görüləcəkdir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər