PDF Oxu

Siyasət

  • 2 744

Balanslaşdırılmış siyasətə üstünlük verən ulu öndər Heydər Əliyev ŞƏRH

Balanslaşdırılmış siyasətə üstünlük verən ulu öndər Heydər Əliyev ŞƏRH

Ümummilli lider Heydər Əliyev dünyada və regionda baş verən geosiyasi hadisə və qlobal prosesləri hərtərəfli öyrənərək, mühüm olan, ilk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına nail oldu. Ulu öndər Heydər Əliyev beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla və səmərəli istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında dolğun məlumatları dünya ictimaətinə çatdırmağa çalışmışdır. Liderimiz əsas ilkin proritet addımlarında çalışırdı ki, bütün xarici səfərlərində keçirdiyi görüşlər zamanı ölkəmizin tarixi, mədəniyyəti, təbii sərvətləri, geosiyasi mövqeyi haqqında ətraflı məlumatlar verməklə yanaşı əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həmin münaqişənin sülh yolu ilə həlli məsələlərinə yönəldilsin və buna da çox mükəmməl nail olurdu.

Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu və universal təşkilatı olmasını bilərək BMT-Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ümummilli lider Heydər Əliyev ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, ulu öndər məhz həmin ölkələrlə daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Müstəqil Azərbaycanın memarı eyni zamanda müstəqilliyin ilk illərində bəzi yaxın və uzaq ölkələrlə pozulmuş əlaqə və münasibətlərin yenidən qurulmasına çox böyük önəm verirdi. XX əsrin sonlarında Azərbaycan “Əsrin müqaviləsini” imzalamaqla yeni neft strategiyasının əsasını qoydu. Bu müqavilə ilə dünyanın 7 nəhəng ölkəsi-ABŞ, Böyük Britaniya,Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı Azərbaycana böyük sərmayələr qoydu.

Azərbaycan regionda öz mövqeyini gücləndirməkdə davam edir. Uzun illər davam edən məqsədyönlü uğurlu xarici siyasət özünü göstərməkdədir. Azərbaycan bu gün sadəcə Cənubi Qafqaz regionunda güclü dövlət olmaqla kifayətlənmir, hətta dünyanın inkişaf etmiş ölkələri ilə mühüm sahələrdə rəqabət aparan qüdrətli ölkəyə çevrilmişdir. Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Ölkənin hərbi qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil ölkənin dövlətçiliyi üçün təminata deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə Azərbaycanda qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Bu gün müstəqil və tam süverenliyini bərpa etmiş Azərbaycan əvəzolunmaz, dahi və fenomen şəxsiyyət olan ümummilli liderimiz Heydər Əliyevi böyük ehtiramla yad edir və hörmətlə anır. Ulu Öndərin bizlərə əmanət qoyduğu Müstəqil Azərbaycan, Yeni Azərbaycan Partiyası və siyasi kursunun dəvamçısı olan Ali Baş Komandanımız cənab İlham Əliyevlə ölkəmiz daha da inkişaf edəcək və yeni-yeni uğurlara imza atacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin ideyalarına daim sədaqət nümayiş etdirir və ölkəmizin sülh, əmin-amanlıq və təhlükəsiz şəraitində yaşamasına zəmin yaradır.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər