Sovet Hakimiyyəti dağıldıqdan sonra Azərbaycan öz müstəqilliyini əldə etdi. Bu dövrdə Azərbaycan ciddi böhran yaşadı, istər iqtisadi sahədə istər hərbi istər beynəlxalq münasibətdə. Təbii ki, istənilən sahədə inkişaf tək iqtisadiyyatdan asılı deyil, həm də beynəlxalq münasibətdən də asılıdır. Buna görə də siyasi idarə etmə bacarığı mütləqdir. Çox təəsüf ki, 1991-1993-cü illərdə siyasi idarə etmə qabiliyyəti olmayan insanlar Azərbaycana rəhbərlik etmiş oldu. Azərbaycan ziyalıları bunu gördü və anladı ki, Azərbaycan uçuruma gedir. Artıq ölkədə vətəndaş qarşıdurması yaranmışdır. Bu vəziyyətdən yalnız siyasi idarə etmə bacarığı olan çıxara bilər və müdrik azərbaycan xalqı ölkəni bu vəziyyətdən çıxara biləcək Ümummilli lider Heydər Əliyevə müraciət etdi. Ümummilli lider xalqın istəyi ilə hakimiyyətə gəldi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə həm daxili həm də xarici siyasətin düzgün istiqamətlənməsinə səbəb oldu.
Birinci hakimiyyət dövründə də ulu öndər Heydər Əliyev Sovet Hakimiyyətinin Azərbaycana münasibətini görür. Azərbaycan kadrlarını olmadıqı görən ulu öndər Heydər Əliyev SSRİ-in ən nüfuzlu ali məktəblərində bacarıqlı azərbaycan gənclərinin təhsil almasına şərait yaradır. Ümummilli lider Heydər Əliyev azərbaycan gənclərinin gələcəyinə mayak oldu. Tibb, xalq təsərrüfatı, elm, təhsil, incəsənət və mədəniyyət sahələrini əhatə edən ixtisas üzrə minlərlə azərbaycanlı gənci təhsil alır və beləliklə, Azərbaycan öz savadlı gəncləri ilə güclənir. Qeyd etmək lazımdır ki, Sovet Hakimiyyətin süqutundan sonra məhz o dövrün gəncləri bütün sahələrdə çalışırdı.
Həm birinci həm ikinci hakimiyyət dövründə ulu öndər Heydər Əliyev ana dilimizə çox önəm verirdi. Bir xalqı öldürmək üçün birinci onun dilini öldürmək lazımdır. Buna da ulu öndər Heydər Əliyev imkan vermədi. Ölkəmizdən kənarda mədəniyyət günləri keçirilirdi. Bu da Azərbaycanın, azərbaycan mədəniyyətini və xalqını dünyada tanıtmağa imkan verirdi.
Ümumilli lider Heydər Əliyev üçün hər şeydən öndə gənclərdə azərbaycançılıq məfkurəsinin və milli ruhun inkişafı, ana dilinin unudulmaması idi. Odur ki, Azərbaycan dili Dövlət dili kimi qəbul olunması o zamanlar üçün çətin olsa da, ulu öndər Heydər Əliyev buna nail oldu. Bu akt Azərbaycan SSRİ-in 1978-ci il Konstitusiyasında təsbit olundu. Sovet dövründə bu cəsarətli addım idi.Ulu öndər Heydər Əliyevin ikinci hakimiyyət dövründə də bu məsələ diqqətdən kənarda qalmadı. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı. 2001-ci ildə ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu Fərmanın əsas məqsədi dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılması və Dövlət Dil Komissiyasının yaradılması idi. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalandı və hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Möhtərəm Prezident İlham Əliyev 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar verdi.
İkinci hakimiyyət dövründə də ulu öndər Heydər Əliyev öz uğurlu siyasətini davam etdirdi. Və indi qürurla deyə bilər ki, Azərbaycan xalqın lider seçimində yayınmayıb. İndi Azərbaycan dünyada Qalib Ölkə kimi tanınır istər siyasi platformada istər hərbdə. Dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycanla hərtərəfli əməkdaşlığına marağı daha da artıb. Artıq iri infrastruktur layihələrin həyata keçirilməsində ölkəmiz liderlik edir.
Ulu öndər Heydər Əliyev: “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.”
Bu gün bu sözlər öz təsdiqi tapır. 44 günlük Vətən müharibəsi geosiyasi-hərbi proseslərə son qoydu. Qazanılan Zəfər Cənubi Qafqazda geosiyasət yaratdı. Cənubi Qafqazda geosiyasi baxımdan çətin bir durum yaranmışdır. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini, bu siyasətin davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətini və iradəsini, çox uğurlu dövlət quruculuğu, milli ruhda böyüyən Azərbaycan gənclərinin vətənpərvərliyini və xalqın milli birliyinin nəticəsidir bugünkü UĞURUMUZ.
Qalib Azərbaycan dedikdə, hər bir vətəndaşın ürəyində qurür yaranır və gözlərinin önündə ulu öndər Heydər Əliyev siyasəti, İlham Əliyev qətiyyəti və güclü iradəsi, Azərbaycan Ordusunun gücü, Azərbaycan gəncliyinin vətənpərvərliyi, Azərbaycan xalqın milli birliyi, şəhidlərimizin və qazilərimizin igidliyi canlanır.
Ulu öndərin siyasi məktəbinin ən layiqli yetirmələri olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Mehriban xanım Əliyeva ölkəmizin adının daha yüksəkliklərə qaldırılması üçün bilik və bacarıqlarını əsirgəmirlər. Azərbaycan dünyanın inkişaf etmiş ən qüdrətli dövlətləri ilə ön cərgədə durur.
Şəhla Xəlilova
YAP Yasamal rayon Fizika İnstitutu üzrə ərazi partiya təşkilatının sədri
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...