Azərbaycan siyasi arenasında dağıdıcı müxalifət olaraq tanınan AXCP, “Milli Şura” kimi qurum rəhbərlərinin cəmiyyət tərəfindən qəbul edilməməsi onların yanlış və səhv siyasət aparmaları ilə bağlıdır. Buna baxmayaraq, üzdəniraq məxluqlar öz məkrli və çirkin siyasətlərindən əl çəkmirlər. Bu amil onların qarşısında xarici ağaları tərəfindən geri dönüşü mümkün olmayan tələb qoymalarından irəli gəlir. Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli və digərləri xarici maraqlı dairələrin tələbi qarşısında boyunlarını tükdən də incə hesab edərək, verilən göstərişlərə uyğun fəaliyyət yolu tuturlar. Gah milli dəyərlərimizi təhqir edir, gah da xalqın mənafeyinə zidd açıqlamalar verirlər. Bütün bunlar onu təsdiq edir ki, Əli Kərimli, Tofiq Yaqublu, Cəmil Həsənli və digərləri üçün inkişaf edən Azərbaycan, dövlətçiliyə sədaqətli olan qalib xalq görmək ağır dərddir. Onlar ölkəmizin uğurlarını görəndə qəm-qüssəyə qərq olurlar, yasa batırlar.
Sabah Tofiq Yaqubluya erməni lobbisi tərəfindən mükafat təqdim olunsa, təəccüblü görünməyəcək
Bu gün millət olaraq qürurluyuq, fəxarət hissi keçiririk. Qarabağımız azadlığına qovuşub, Xankəndidə, Xocalıda, Əsgəranda, Şuşada, Qubadlıda, Ağdərədə və digər ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Dostlar sevinir, düşmən isə xar olub. Təəssüf ki, bu qürurlu anlarda dağıdıcı müxalifət düşmən mövqedə dayanıb, xalqımızın milli ruhuna kölgə salmağa xidmət edən açıqlamalar verir, statuslar paylaşırlar. 44 günlük Vətən müharibəsinə qədər “ torpaqlarımızın azadlığı mümkün olmayacaq”, - deyən Ə.Kərimli, T.Yaqublu, C.Həsənli elə ki, ərazi bütövlüyümüz bərpa olundu və aprelin 23-də Laçında kömrük postu və sərhəd keçid məntəqəsi quruldu, başladılar “Qələbə yarımçıqdır” deyə mənasız və cəfəng fikirlər səsləndirməyə. Utanmaz məxluqlar bu istiqamətdə bir xeyli vay-şivən qopartdılar. Lakin bu anormal fəaliyyətdə uzun çəkmədi. Onlara daha bir sərt şillə 23 saat 44 dəqiqə çəkən antiterror tədbirləri ilə bölgədəki bütün terrorçu hərbi birləşmələri məhv edilib, əksər separatçı başların həbs edilərək istintaqa təhvil verilməsi ilə oldu. Oktyabrın 15-də isə Yenilməz Sərkərdə, Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev Xanın kəndinə gələrək xalqa müjdəli müraciət etdi və əzəmətli binanın qarşısında Azərbaycanın üçrəngli bayrağını ucaltdı. Bu qürurverici anları dünyanın əksər televiziyaları yayımladı, mətbuatları işıqlandırdı, dostlar millətimizə təbrik məktubları ünvanladılar. Yenə də Ə.Kərimli, T.Yaqublu, C.Həsənli eyni ilə hazırda müxtəlif yollarla Ermənistana qaçıb orada separatçı açıqlamalarla çıxış edən Samvel Babayan kimi fikirlər səsləndirirlər. Hansı mənsəbə və əqidəyə qulluq etdiyi uzun müddətdir ki, bəlli olmayan T.Yaqublu həyasızcasına iddia edir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zərbələri nəticəsində Xankəndidə mülki əhali də vurulmuşdu. Halbuki belə hallar olmayıb. BMT-nin missiyası Xankəndi olub və yaydığı hesabatında şəhərin mülki binalarına və dinc sakinlərinə zərər verilmədiyi qeyd olunub. T.Yaqublu isə Koçaryanın əmisi uşaqları kimi böhtan xarakterli açıqlamalarla çıxış edir. Görünür, bu məxluqun ya qələbənin əldə olunmasından dərin stress keçirdiyindən beynində sapmalar yaranıb, ya da ki Sarkisyanın bağlı olduğu mərkəzlərdən xüsusi tapşırıq alıb. Çünki inandırıcı deyil ki, ağılı başında olan hansısa azərbaycanlı öz ordusuna və nəhayət, millətinə şər atar. Faktın ortada olması onu göstərir ki, T.Yaqublu həqiqətən də ermənilərə bağlı şəxsdir. Bu versiyanı təsdiq edən amillərdən biri də T.Yaqublunun vaxtaşırı Ermənistanın Koçaryana və Sarkisyana bağlı mətbu orqanlarında ermənipərəst mövqeyinə görə alqışlanması və haqqında tərifli sözlər yazılmasıdır. Sabah T.Yaqubluya mükafat təqdim olunsa, təəccüblü görünməyəcək. Çünki çəkdiyi zəhmətinin haqqı erməni lobbisi tərəfindən ödənilir.
Əli Kərimli xəcalət hissini itirib
AXCP sədri Ə.Kərimli Toplum Tv-yə müsahibəsində erməni revanşistlərindən heç nə ilə fərqlənmədiyini nümayiş etdirir. Deyir ki, “bu məsələni həll etmək niyə 30 il çəkdi”. Açıq şəkildə aparıcıların Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan parlaq qələbəyə uyğun mövqelərinə və suallarına qısqanclıqla yanaşır, iynəli cavablar verir. Müsahibənin ruhundan hiss olunur ki, Ə.Kərimli aparıcılardan gözləmədiyi sərt şapalaq alır. Əsəbi və gərgin olduğu və qınayan olmasa aparıcıları təhqir edər, onları qınayar. Bu kimi hallar onu deməyə əsas verir ki, Qarabağın işğaldan azad edilməsi Fransa, fars-molla rejimi və Ermənistan qədər Ə.Kərimli, T.Yaqublu və C.Həsənli üçün də böyük faciədir. Çünki onlar Qarabağın işğalda qalmasını və qaçqın, köçkünlərin ağır, çətin şəraitdə yurd həsrəti ilə yaşamalarını arzu edirdilər. İkinci isə “nəyi, necə və nə vaxt etməyi” yalnız Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev bilir. Ona gör də, Prezidentimiz torpaqlarımızın azad edilməsini 2020-ci il sentyabrın 27-ni daha uyğun zaman hesab etdi, vədini və andını da o gündən başlayaraq həyata keçirdi. Torpaqlarımızın azadlığı həsrətinə dünən və ya sabah son qoyula bilərdi. Lakin Cənab Prezidentimiz müdirik və uzaqgörən siyasəti ilə 2020-ci il 27 sentyabrdan başlayan hərəkatı 2023-cü il oktyabrın 15-də Xankəndidə üçrəngli bayrağımızı ucaltmaqla yekunlaşdırdı. Bu qələbəni qiymətləndirmək və dəyərləndirmək hər bir azərbaycanlının borcudur. Eyni zamanda, parlaq qələbə sevincini yaşamaq 80 milyonluq dünya azərbaycanlılarının haqqıdır. Ə.Kərimli, T.Yaqublu, C.Həsənli və digərləri əldə olunan uğurlardan və qazanılan qələbədən məyusdurlarsa, deməli, onlar erməni düşüncəsində və təfəkküründə olan məxluqlardır.
İ.ƏLİYEV