PDF Oxu

Siyasət

  • 3 352

Tarixi yazan və yaradan lider ŞƏRH

Tarixi yazan və yaradan lider ŞƏRH

Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Tərtərçayın üzərində inşa edilib. Su anbarı Respublikamızın bir sıra rayonlarının (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektar civarında əkin sahəsini suvarma suyu ilə təmin etmək məqsədi ilə qurulub. Onun ümumi su tutumu 560 mln m³, bəndinin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı hazırda Tərtər rayonu ərazisində yerləşir. İşğalçı Ermənistan Qarabağı işğal etdikdən sonra 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı ekoloji fəlakət də həyata keçirib. Sərsəng su anbarının işğal altında qalması bir neçə rayonumuzun suvarma suyu ilə təmin edilməsində ciddi problemlər yaratmışdı. Bu illər ərzində sözügedən regionlara milyardlarla manat ziyan vurulub, ekoloji tarazlıq pozulub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalmışdı. Ölkəmiz 2020-ci ilin sentybarın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etdikdən sonra Sərsəng su anbarı ilə eyni vaxtda inşa olunmuş Suqovuşan su anbarına nəzarəti həyata keçirdi. Suqovuşan su anbarı, kanallar qısa müddətdə restavrasiya edildi, anbarın suyu Tərtər çayı ilə yönləndirilməklə – 30 ildir qoyulan süni maneələri qaldırmaqla Azərbaycanın ətraf bölgələrindəki təxminən 30 min hektar ərazidə əkin sahəsinin suvarma təminatını yaxşılaşdırmağa nail olundu.

Cari ilin sentyabrın 19-da keçirilən antiterror əməliyyatı nəticəsində Sərsəng Su anbarı tamamilə nəzarətimizə keçdi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib ki, “Atamla birlikdə burada olmuşam. O ab-havanı mən xatırlayıram. Burada, sözün əsl mənasında, səmimi bir ab-hava şəraitində təmaslar var idi, birgə işlər görülürdü. Bu gün Sərsəng su anbarının üzərində Azərbaycan Bayrağını qaldırdıq. Heydər Əliyevin təşəbbüsü ilə bölgənin, kənd təsərrüfatının inkişafı üçün 1976-cı ildə Sərsəng su anbarı, Suqovuşan su anbarı inşa edilmişdir. O vaxt nə qədər böyük investisiyalar qoyulmuşdu. Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, burada ali məktəb yaradıldı və Xankəndidə gördüyünüz binaların mütləq əksəriyyəti məhz o illərdə inşa edilmişdir”, - deyə dövlətimizin başçısı bildirib. Bu gün suverenliyimiz bərpa olunmaqla həm də, ekoloji problemlərin həlli üçün davamlı işlər görülməkdədir.

Xaləddin Tağıyev

YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər