17.10.2023-ci il tarixində YAP Gədəbəy rayon Təşkilatının sədri Rüstəm Nağıyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Təbriz Hüseynov, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Şəhidlərimiz- rayonun Novoivanovka kənd sakini Cəfərov Elmar İlham oğlu və Kələman kənd sakini Paşayev Firdofsi Afiq oğlunun üçüncü ildönümləri münasibətilə məzarları ziyarət edilərək xatirələri ehtiramla anıldı, məzarları üzərinə gül dəstələri düzüldü və ruhlarına dualar oxundu. Ailələri ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!