İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidləri mayor Hacıyev Ramid Nəriman oğlunun və əsgər Hacılı Feyruz Bəhruz oğlunun şəhadətlərinin üçüncü ildönümü münasibətilə məzarları ziyarət olunub. Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov, Yasamal rayon bələdiyyəsi, şəhidlərin ailə üzvləri, qazilər, 44 günlük Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Hacıyev Ramid Nəriman oğlu şəhadətindən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə" medalları ilə, Hacılı Feyruz Bəhruz oğlu isə şəhadətindən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları təltif ediliblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!