PDF Oxu

Siyasət

  • 4 131

Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısıdır ŞƏRH

Azərbaycan regionda sülhün və təhlükəsizliyin təminatçısıdır ŞƏRH

Cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüş keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu görüşdə iştirak edib. Ölkəmiz 30 ilə yaxın müddət ərzində sülh və danışıqlar yolu ilə torpaqlarını işğaldan azad etməyə çalışaraq uzun illər davam edən nəticəsiz danışıqlar aparılmasına baxmayaraq bu danışıqların uğur qazanılmasına nail olmaq mümkün olmadı. Qeyd etməliyəm ki, danışıqların uğurlu olmamasının əsas səbəblərindən biri kimi Ermənistan və onun havadarlarının vaxt qazanmaq siyasəti yürüdərək, işğalı davam etdirmək istəyini göstərmək olar. Ermənistan Silahlı Qüvvələrinin qeyd-şərtsiz ərazilərimizi tərk etməsi ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul olunmasına baxmayaraq həmin qətnamələrin icra mexanizmi olmadığının şahidi olduq. Beynəlxalq təşkilatlar və dünya ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanımasına baxmayaraq, erməni vəhşiliklərinə və vandallığına göz yumdular. Amma Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sadəcə 44 gün ərzində beynəlxalq ədaləti və icra edilməyən qətnamələri məhz güc hesabına özü icra etdi. Əlbəttə ki, böyük güclər Azərbaycan Respublikasına qarşı birləşmişdi. Bunlara misal olaraq, Avropa ölkələri, Rusiya, İran və hətta Fələstin belə ermənilərə dəstək verdiyini göstərmək olar. Xüsusən də Fransa bu işlərdə daha çox aktivlik nümayiş etdirirdi. Kənardan təzyiq göstərməyə, ölkəmizi sanksiyalarla hədələməyə daim səy göstərirdi. Ölkə daxilindəki müəyyən satqın qüvvələrdən də istifadə edirlər ki, qazandığımız böyük qələbəyə kölgə salsınlar. Amma bütün bunlar müvəqqəti xarakter daşıyır ki, bu təzyiqlər heç vaxt nəticə verməyəcək. Azərbyacan Respublikasının Prezidenti İlham Əliyev başçısı MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşündə vurğulayıb ki, biz ATƏT-in himayəsi altında uzunmüddətli və nəticəsiz danışıqlar prosesində iştirak etdik: “Birləşmiş Millətlər Təşkilatı öz nüfuzundan və öz rıçaqlarından istifadə edə bilmədi. BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədi”. Azərbaycan öz legitim hüququndan istifadə edərək cari ilin 19 sentyabr tarixində cəmi bir sutka ərzində lokal antiterror tədbirlərini həyata keçirərək lazımi addımlar atdı və düşməni layiqincə cəzalandırdı. Buna baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yüksək humanizm nümunəsi göstərərək ordumuza mülki əhaliyə qətiyyən ziyan vurulmaması barədə ən ciddi şəkildə əmrini verdi. Azərbaycan Ordusunun hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək Qarabağ bölgəsində yaşayan erməni əhalisinin zərbə altına düşməmələrini təmin etdilər. Antiterror tədbirlərinin gedişində mülki infrastruktura da heç bir zərbə dəymədi, yalnız separatçıların hərbi infrastrukturları sıradan çıxarılaraq məhv edildi. Azərbaycan Ordusu cəmi 23 saat 43 dəqiqə ərzində düşmənə ağ bayraq qaldırmasını məcbur etməsi ilə öz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmış oldu.

Yaşasın Azərbyacan Ordusu. Yaşasın Ali Baş Komandan.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər