Azərbaycan Respublikası 1993-cü ildə daxil olduğu Müstəqil Dövlətlər Birliyi çərçivəsində iştirakçı-dövlətlərlə siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə hər zaman üstünlük verib və bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasında çıxış etmişdir. O, çıxışında bir sıra mühüm məsələlərə toxunaraq bildirib ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan dövlət başçısı söyləyib ki, ölkələrimizin sabitliyi və təhlükəsizliyi bir çox hallarda bu strukturların operativ işindən asılıdır.Daim operativ informasiya mübadiləsinin zəruriliyinə toxunan Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət səmimi, məqsədyönlü, mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmlənməsinin sevindirici hal olduğunu vurğulayan cənab Prezident ölkələrimizin yerləşdiyi regionlarda mövcud olan xarici təhdidlər istiqamətində aparılan operativ işin riskləri minimuma endirməyə imkan verdiyini bildirib.Cari ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tətdbirlərini xatırlayan Prezident İlham Əliyev bildirib ki, Azərbaycand artıq daxili təhdidlər yoxdur, Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu da öz növbəsində regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır.
Daha sonra ölkə başçısı qeyd etmişdir ki, son həftələrdə baş verən hadisələrin mətbuatda, ilk növbədə, Qərb mediasında müxtəlif cür birtərəfli, qərəzli və nə məsələnin tarixini, nə də bugünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunur. Bu baxımdan son üç ildə baş verən hadisələrin əsl mahiyyəti ilə bağlı toplantı iştirakçılarını məlumatlandırmaq məqsədilə tarixə qısa ekskursiya edən ölkə başçımız, Qarabağın tarixi, Ermənistanın etnik təmizləmə siyasəti, azərbaycanlıların öz doğma torpaqlarından qovulması və nəhayət, 2020-ci ilin sentyabrında 44 gün davam edən, Ermənistan ordusunun tamamilə darmadağın olması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi, Üçtərəfli Bəyanat, 19 sentyabr tarixli antiterror tədbirlərinin səbəbi, Qarabağın erməni əhalisinin reinteqrasiya planı, Fransanın qeyri-konstruktiv və təxribatçı rolu barədə fikirlərini bölüşüb. İlk növbədə ondan başlayıb ki, Dağlıq Qarabağ adlı qurum tarixdə heç vaxt mövcud olmayıb və Qarabağ əsrlər boyu, minilliklərlə bu ərazidə yaşamış azərbaycanlıların məskunlaşdığı qədim torpaqdır.İclas iştirakçılarına Azərbaycan Respublikasının mövqeyini açıqca bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşdırılmasına və sülh sazişi üzərində işi davam etdirməyə hazırdır və əlavə edib ki, Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri