PDF Oxu

Siyasət

  • 3 029

Vətənə oğul borcu TƏHLİL

Vətənə oğul borcu TƏHLİL

Prezident İlham Əliyev: "Qələbəni əldə edən əsgərdir, zabitdir"

"Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. O gedir, o, sinəsini qabağa verir, o, ölümə gedir və Bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir və silinməyəcək. Bu gün onların ruhu şaddır ki, biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da, onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi Zəfər çalıblar. Biz Birinci Qarabağ müharibəsində 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi. Əlbəttə, həlak olan hər bir insan əvəzolunmazdır. Ancaq İkinci Qarabağ müharibəsində əməliyyatlar elə planlaşdırılırdı ki, itkiləri minimuma endirək və buna da nail olduq." Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Vətən torpağının azadlığı uğrunda can fəda edən mərd və cəsarətli oğulları ilə qürür duyur Azərbaycan. Müharibə başlayan ilk günlərdən Azərbaycan xalqının igid övladları düşməndən qisas almaq və 30 ilə yaxın işğal altında qalan əzəli torpaqlarımızın azad olunması məqsədi ilə silaha sarıldılar. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək şücaət, qəhrəmanlıq göstərdilər və Vətən torpaqları uğrunda vuruşdular. Cənab Prezident çıxışında vurğulayıb ki, işğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq: "Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq."

AZƏRBAYCANDA YENİ ORDENLƏR VƏ MEDALLAR TƏSİS EDİLDİ

Bu gün vətən torpaqlarının azad olunmasında sağlamlığını itirənlər və şəhid olanların ailələri dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Azərbaycan dövləti və xalqı üçün əlbəttə ki, hər bir hərbçi əzizdir və dəyərlidir. "Siz yaralanmısınız. Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək", - deyə Prezident çıxışlarının birində bildirmişdir. Əlbəttə ki, vəd və əməl hər zaman özünü təsdiqləyib. Müharibənin qurtarmasından ötən müddət ərizində döyüş meydanında sağlamlığını itirmiş hərbçilərin sağlamlığının tam bərpa məqsədi ilə 4-cü nəsil müasir protezlərlə təmin edilib. Müharibə ilə əlilliyi olan 439 şəxs 458 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsini həyata keçirib.
Müharibədə sağlamlığını itirmiş oğullar bütün varlıqları qədər bağlı olduqları Vətənin müqədədsliyini dərk edərək vuruşmuş, qan tökmüş, şəhid və əlil olmuşdular. Qazilik və şəhidlik müqəddəs addır və onların hər biri müqəddəs yol seçərək bu mərtəbəyə yüksəlmişlər. 44 günlük Vətən müharibəsində torpaq uğurunda mücadiləyə qalxaraq, erməni işğalında olan torpaqlarımızın azad olunması yolunda od-alov içinə atılan mərd olullarımız düşmən gülləsi ilə üz-üzə qalanda yalnız "Vətən" deyiblər. Azərbaycan Zəfər qazandıqdan sonra dövlətimizin şəhid ailələrinə, qazilərə hərtərəfli dəstəyi, onların bütün ehtiyaclarının qarşılanması, problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilidi və bu davamlıdır. Cənab İlham Əliyevin müvafiq göstərişi ilə Azərbaycanda yeni ordenlər və medallar təsis edildi. Xalqımızın igidlik göstərmiş övladları yüksək adlara, mükafatlara, ehtirama layiqdirlər. Xalqımızın igidlik göstərmiş övladları yüksək adlara, mükafatlara, ehtirama layiqdirlər. "Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm" - deyən Cənab İlham Əliyev müvafiq göstəriş vermişdi. Cənab Prezidentin göstərişi ilə Azərbaycanda yeni ordenlər və medallar təsis edildi. "Zəfər", "Qarabağ" ordenləri, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Vətən müharibəsi iştirakçısı" medalı, "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" və s. Vətən müharibəsində torpaqlarımızın düşməndən alınmasında qəhrəmanlıq, şücaət göstərən şəxslər təltif olundular.
Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa, Kəlbəcər, Ağdam və digər şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edildilər.
Bu dövlətimizin mərd, mübariz, vətənpərvər, igid övladlarına diqqətinin, qayğısının təzahürüdür. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin, fiziki sağlamlığını itirən qazilərin, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

DÖVLƏTİN HUMANİST ADDIMI

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Bu il artıq 750, postmüharibə dövründə 5250, ümumilikdə ötən dövrdə 14050 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub. 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz də avtomobillə təmin edilirlər. Müharibə ilə əlaqədar əlilliyi olanlara postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən çox avtomobil verilib. Bütün bunlar dövlətin diqqət və qayğısıdır. Müharibədən sonra bir dövlətin şəhid ailəsinə, qazisinə bu şəkildə yanaşması onun humanist addımıdır. Şəhid ailələrinə, əl-ayağını itirən, dünyaya baxan gözünü itirən, psixoloji travmalar alan vətən oğullarımıza diqqət davamlıdır. Qəhrəman oğulları ilə fəxr edən dövlətimizin Mübariz İbrahimov, Podad Həşimov kimi oğulları bir qəhrəmanlıq dastanı yazdılar. Vətən qarşısında oğul borcu olaraq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər