“Kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Konkret qanun pozuntusu törətmiş şəxs həbs edilirsə və buna görə də, Əli Kərimli onun müdafiəçisi rolunda çıxış edərək müəyyən böhranlar səsləndirirsə, bu, artıq qanuna zidd hərəkətdir”. Bunu SİA-ya açıqlamasında "Azadlıq Hərəkatçılar Birliyi"nin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, uzun illərdir, radikal düşərgədə qərarlaşan və Azərbaycan dövlətçiliyinə, xalqına qarşı xəyanətkar siyasət aparan Əli Kərimli və onun ətrafındakıların fəaliyyətləri şər və böhtanlar səsləndirməkdən ibarətdir: “Əslində, onların iç üzləri elə bundan ibarətdir. Bu gün müxalifət düşərgəsini təmsil edən şəxslər özləri də çox gözəl bilirlər ki, onların xalq tərəfindən heç bir dəstəyi yoxdur. Xalq tərəfindən dəstəyi olmayan siyasi təşkilatın hər hansı bir nailiyyətə çatması mümkün deyil. Digər bir məsələ də bu gün heç də sirr deyil ki, müxalifət xarici qüvvələr tərəfindən maliyyələşir. Bu baxımdan da, onlardan xarici qüvvələr bir alət kimi istifadə edir. Ümumiyyətlə, Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmağa çalışanlar heç vaxt öz məkrli istəklərinə çatmayacaqlar. Çünki müxalifət qüvvələrin cəmiyyət tərəfindən heç bir dəstəyi yoxdur”.