PDF Oxu

Siyasət

  • 2 564

“Builki Müstəqilliyimizin Bərpası Günü xüsusilə əlamətdardır” MÜNASİBƏT

“Builki Müstəqilliyimizin Bərpası Günü xüsusilə əlamətdardır” MÜNASİBƏT

“1991-ci 18 oktyabr tarixində müstəqillik haqqında konstitusiya aktı qəbul olundu və həmin il dekabr ayının sonunda keçirilən referendumda isə Azərbaycan əhalisinin 98 faizi müstəqilliyə səs verdi. Bununla Azərbaycan müstəqilliyinə qovuşdu”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazisində separatçılığı mövcudluğu, hakimiyyət uğrunda savaşın gərgin xarakter alması dövlətin müstəqilliyini, sözün əsl mənasında, sual qarşısında qoyurdu: “Müstəqilliyimizə qovuşan zaman biz artıq ərazilərimizin bir hissəsi üzərində nəzarəti itirmişdik. Bu baxımdan, 2023-cü il 18 oktyabr tarixi Azərbaycan müstəqilliyi tarixində xüsusi əhəmiyyət kəsb edir. O mənada ki, biz ilk dəfə bütün ərazilərimiz boyunca suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin olunması şəraitdə müstəqilliyimizin bərpa olunması gününü qeyd edirik”.
Elşad Mirbəşiroğlu onu da bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqilliyimizin qorunub saxlanılması prosesi başlanıldı: “Ulu Öndər Heydər Əliyev daxili siyasi sabitliyi təmin etdi, ölkənin inkişafı üçün zəruri olan bütün addımları atdı. O zaman önəmli hadisə “Əsrin müqaviləsi”nin imzalanması oldu. Ordu quruculuğu prosesi başladı. Ulu Öndərin inkişaf strategiyasını davam etdirərək Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin müstəqilliyinin davamlı olaraq gücləndirilməsini həyata keçirdi. 2020-ci ildə torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndər Heydər Əliyevin strategiyasının məğlubiyyətsiz olduğunu nümayiş etdirdi. 2023-cü il sentyabr ayının 19-20 antiterror tədbirləri isə ərazi bütövlüyümüzün tam təmin olunmasını və bütün ərazilərimiz boyunca suverenliyimizin etibarlı və dönməz şəkildə bərqərar olmasına şərtləndirmiş olduq. Bu baxımdan, hesab edirəm ki, builki Müstəqilliyimizin Bərpası Günü xüsusilə əlamətdardır”.

Digər xəbərlər