PDF Oxu

Siyasət

  • 2 448

Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi FOTO

Vətən müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi FOTO

Oktyabr ayının 16-də Biləsuvar rayonunun Bağbanlar kəndində şəhid Həsənli Telman Rafiq oğlunun anım günü ilə əlaqədar ailəsi ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılmış xatirəsi yad edilmişdir. İştirakçılar bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Həsənli Telman Rafiq oğlu 3 mart 1998-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 2018-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından ayrılmayaraq gizirlik kursunu oxuyur. Gizirlik məktəbini başa vurduqdan sonra, düşmənə yaxın təmas rayonlarında vətənə min bir həvəslə xidmət etməyə başlayır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, Füzulinin, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb Xüdafərinin alınmasınada qanlı döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olur. Şəhid Telman Həsənli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Həsənli Telman Rafiq oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər