PDF Oxu

Siyasət

  • 1 959

“Zəfərin Memarı” FOTOLAR

“Zəfərin Memarı” FOTOLAR

YAP Xaçmaz rayon təşkilatı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsininin 20 illiyinə həsr olunmuş sərbəst güləş idman növü üzrə “ Zəfərin Memarı” adlı Xaçmaz rayon turniri keçirilib. Tədbir Azərbaycan dövlət himni ilə başladı. Tədbiri YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov açaraq ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etməklə açaraq tədbir iştirakçılarını salamladı. Müzəffər Ali Baş Komandan, Prezident, Yeni Azərbaycan Partiyasının sədri, Milli Olimpiya Komitəsinin sədri Cənab İlham Əliyevin son 20 ildə apardığı uğurlu siyasətdən bəhs edərək, ölkənin inkişaf etməsindən, qüdrətli ordunun yaradılmasından, 44 günlük müharibədə zəfərimizdən, antiterror əməliyyatı zamanı seperatçıların Qarabağdan qovulmasından, Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə dövlət bayrağının ucaldılmasından danışaraq Müstəqilliyimizin Bərpası günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik etdi.

Azərbaycanda idmana olan diqqət və qayğının nəticəsində dünya idmanına inteqrasiya edilib. İdmançılarımız beynəlxalq yarışlarda iştirak edərək medal qazanıb bayrağımızı qaldırıblar, himnimizi səsləndiriblər. Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Azərbaycan beynəlxalq yarışların keçirilmə məkanına çevrilib. Mərkəzdə və regionlarda idman olimpiya mərkəzləri, idman və şahmat məktəbləri tikilib gənclərin istifadəsinə verilib. Tədbirdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sektor müdiri İnqilab Musayev, Şəhid atası Rafiq Sərdarlı, Şəhid atası Səttər Veyisov çıxış edərək ölkədə görülən işlərdən danışaraq əldə olunan naliyyətlərə görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Sonda müxtəlif çəki dərəcələrinə görə qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Digər xəbərlər