“Türkiyədə qadının güclənməsi, hüquqlarının qorunması, zorakılığın və istismarın aradan qaldırılması istiqamətində lazımi bütün hüquqi işlər həyata keçirilib”. SİA xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib.Onun sözlərinə görə, Türkiyədə daha sağlam ailələr və təhsilli qadınlar üçün çalışmağa davam edirlər: "Görülən işlər sayəsində 2023-cü ildə keçirilən millət vəkili seçkilərində qadınların sayı 19 faizə çatmışdı. Düzdür, bu rəqəm yetərli deyil və qadınların sayının artırılması istiqamətində çalışacağıq".Qadına yönəlik şiddət başda olmaqla, onların bərabər hüquqlardan yaranması təkcə Türkiyənin deyil, dünyanın diqqətindədir. Bu istiqamətdə Türkiyə son illərdə böyük yol qət edib. Azərbaycanla ailə, qadın və uşaq sahəsində işlərə böyük önəm veririk. İki ölkə arasında imzalanan protokollara uyğun olaraq seminarlar keçirdik və keçirməyə davam edəcəyik. Qadınların cəmiyyətdə daha güclü yer almaları, şiddətlərin önlənməsi üçün ciddi bağların saxlandığı Azərbaycanla çalışmağa davam edəcəyik".
Ayşən Vəli