PDF Oxu

Siyasət

  • 2 268

Sabunçu rayonunda partiya fəalları ilə görüş keçirilib FOTOLAR

Sabunçu rayonunda partiya fəalları ilə görüş keçirilib FOTOLAR

YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi 6A ünvanında partiya fəalları ilə görüşüb.Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov ilk öncə 15 oktyabr 2023-cü il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xocalı, Ağdərə, Əsgəran, Xocavənd və Xankəndində dövlət bayrağımızı ucaldılması münasibəti ilə bütün görüş iştirakçılarını səmimi qəlbdən təbrik edib. Qeyd olunub ki, bu gün Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi ulu öndər Heydər Əliyevin Partiyamızı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Post-müharibə dövrünün reallıqlarına uyğun olaraq, siyasi inkişafa xidmət edən islahatların aparılmasını, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunmasını, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyini daha da gücləndirməsini, Böyük Qayıdışın həyata keçirilməsini, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsini və bu kimi milli məqsədlərin yaradıcısı ümummilli lider Heydər Əliyev və layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası tərəfindən strateji prioritetlər kimi müəyyənləşdirililib.

Digər xəbərlər