PDF Oxu

Siyasət

  • 6 655

Xankəndidə əbədi ucalan Azərbaycan bayrağı ŞƏRH

Xankəndidə əbədi ucalan Azərbaycan bayrağı ŞƏRH

Müasir Azərbaycanın əbədiyaşar memarı ümummilli lider Heydər Əliyev Qa­rabağın Azərbaycan olması üçün daim çalışırdı. Ulu öndərin ölkəmizə rəh­bərliyinin hər iki mərhələsində göstərmək olar ki, əgər ikinci mərhələdə Prezident kimi Qarabağ həqiqətlərini, Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq arenada diqqətə çatdırırdısa, birinci mərhələdə bölgəmizin erməniləşdirilmə­sinin qarşısında sədd çəkmişdi. Ümummilli lider daim Qarabağın hər yerində Azərbaycanın bir izinin olmasını istəyirdi və bunun üçün yorulmadan uzanmadan çalışırdı. Azərbyacan Respublikasının Prezidenti bu ilin 15 oktyabr tarixində lokal antiterror tədbirləri nəticəsində erməni separatçılarından tam təmizlənən ata-baba torpaqlarımız olan Xankəndi şəhərinə səfəri baş tutmuşdur. Dövlət başçısının bu səfəri 20 illik prezidentlik dövrünün ilk günü ilə təsadüf etməsi əlbəttə ki, simvolik məna kəsb edir. Prezidentlik dövründə Azərbaycan xalqına verilən vədlərin hər birinin addım-addım yerinə yetirilməsi göstərilən etimada sadiqliyinin nümunəsidir. Bu vədlərinin ardıcılığı kimi cari ilin oktyabr ayının 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldmaq kimi tarixin şanlı səhifəsi idi. Xankəndi şəhəri separtçı erməni birləşmələrinin işğalından məhz Azərbaycan ordusunun apardığı sutkadan da az müddətdə apardığı lokal antiterror tədbirlər nəticəsində işğalçıların ağ bayraq qaldırması ilə azad edildi. Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin iyirmi il­lik gərgin əməyinin nəticəsi ərazi bütövlüyümüz, suverenliyimiz bər­pa olunmasıdır. Ölkə başçısının həyata keçirdiyi bütün tədbir­lər nəticəsində görünməmiş iq­tisadi nailiyyətlərə imza ataraq, ən mühüm hədəfi olan – Qarabağ idi. Nəticə etibarilə Prezident İlham Əliyevin söylədiyi kimi, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Azərbay­can xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”.

Azərbaycan Respublikasının Prezidentinin 20 illik fəaliyyətinin ölkəmizə və xalqımıza olan əvəzolunmaz töhfəsi, Azərbaycanın tam suverenliyinin bərpasıdır ki, bu cənab Ali Baş Komandanın ümummilli lider Heydər Əliyev ideologiyasına və Azərbaycan xalqına sadiqliyinin və etimadının göstəricisidir.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər