İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi leytenant Baxşəliyev Natiq Saleh oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət olunub. Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Yasamal Rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının və Yasamal rayon bələdiyyəsinin əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, 44 günlük Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamına əsasən Baxşəliyev Natiq Saleh oğlu şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!