Etiraf etmək lazımdır ki, Ermənistanın baş naziri Paşinyan tərəfindən avropalı parlamentarilər qarşısında böyük həvəslə ifa edilən Strasburq siyasi eskizi onlar tərəfindən böyük diqqət və bəyənmə ilə qarşılanıb. Yaxşı, başqa cür necə ola bilərdi ki, dövlət başçısı Qarabağda azərbaycanlıların “törətdiyi dəhşətlərdən” ilhamla danışır. Daha dəqiq desək, bu “qəddar” azərbaycanlıların bölgənin erməni əhalisinə qarşı nə “etdikləri” haqda. “Etnik təmizləmə”, “blokada”, “işğal” və digər qeyri-insani hərəkətlər- Paşinyan bütün gücü ilə qorxunc sözlərlə hoqqabazlıq edir, avropalıların göz yaşlarını sıxırdı. Uğurlarını möhkəmləndirmək üçün isə erməni lider həm Rusiya sülhməramlılarına, həm də Rusiyanın özünə qəzəbli tənqidlə hücum etdi...
Avropalı siyasətçilər və politoloqlar Paşinyanın nağıllarından hansı nəticəyə gələ bilərlər və ya artıq çıxarıblar? Bakı bütün beynəlxalq qanunlara görə tamamilə qanuni olan hərəkətlərinin BMT kimi müxtəlif qlobal təşkilatlar tərəfindən qınanmasını gözləməlidirmi?
Siyasi Təhlil və İnformasiya Təhlükəsizliyi Mərkəzinin direktoru, Almaniya Xarici Siyasət Şurasının üzvü, Avrasiyada Strateji Tərəfdaşlıq üzrə Berlin Komitəsinin sədri Svyatoslav Andrianov Paşinyanın Strasburqdakı çıxışı ilə bağlı daha sərt danışıb.
O qeyd edib: “Mən istəməzdim ki, erməni tərəfinin yüksək tribunalardan yaydığı yalanları bir daha təkzib edim, amma başqa çıxış yolu yoxdur. Qısaca deyim: Ermənistanın Naxçıvanla bağlı üzərinə götürdüyü öhdəliklər (Zəngəzur dəhlizinin açılması nəzərdə tutulur - red.) bir zərrə qədər də yerinə yetirilməyib. İrəvanın onları nə vaxtsa yerinə yetirəcəyinə dair heç bir əlamət yoxdur. Əksinə, Paşinyanın Avropa Parlamentindəki çıxışı bir daha göstərir ki, Bakı ilə münasibətlərin normallaşdırılmasında heç bir maraq yoxdur”, - ekspert hesab edir.
Onun sözlərinə görə, daha maraqlı sual Ermənistanın baş nazirinin niyə belə siyasət yürütməsi və bunun arxasında nəyin dayanmasıdır.
“Anlamaq nə qədər acınacaqlı olsa da, Paşinyanın siyasətinin məqsədinin Ermənistanla Rusiya arasında münasibətləri pozmaq, eləcə də respublikanın tamamilə Qərbin “qanadı” altına çəkilməsi olduğu qiymətləndirmələrim növbəti dəfə təsdiqləndi.
Ona görə də mən bir sıra moskvalı ekspertlərin Paşinyanın çıxışının təkcə Azərbaycana deyil, həm də Rusiyaya münasibətdə sırf təxribat xarakterli olması fikri ilə razılaşmaya bilmərəm. Ümumiyyətlə, onun bu yolda hərəkətləri getdikcə daha çox Zelenskinin davranışını xatırladır və indiki Ermənistan-Rusiya münasibətləri getdikcə Kiyevdə qondarma Avromaydan başlamazdan əvvəlki vəziyyətə bənzəyir.
İnanıram ki, Paşinyanın analoji siyasəti davam edəcək və cəsarətlə təklif edirəm, bəlkə də yaxın gələcəkdə Ermənistan KTMT-yə üzvlüyünün məqsədəuyğunluğu məsələsini gündəmə gətirəcək”, - politoloq təklif edir.
Ermənistan hakimiyyətinin Rusiya ilə bağlı mövqeyi Brüsselin çox xoşuna gəlir və onlar Paşinyana “xoş hədiyyələr” verməyə, onun seçdiyi kursu təşviq etməyə başlayırlar. Məsələn, oktyabrın 5-də Avropa Parlamenti Aİ ölkələrini Azərbaycan hökumətinin bir sıra üzvlərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağıran qətnaməni böyük səs çoxluğu ilə təsdiqləyib- S.Adrianov qeyd edir.
“Digər məsələ odur ki, fikrimcə, bu, edilməyəcək, çünki bir tərəfdən Azərbaycan Avropa İttifaqı üçün daha mühüm rol oynayır. Digər tərəfdən, Avropa Parlamentinin qətnamələri tövsiyyə xarakteri daşıyır və Aİ Şurası və ya Avropa Komissiyası üçün məcburi deyil”,- rusiyalı politoloq xatırladır.
Tərcümə - Elçin