PDF Oxu

Siyasət

  • 2 117

“Bizim bayrağımız Xankəndidə dalğalanır” ŞƏRH

“Bizim bayrağımız Xankəndidə dalğalanır” ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağa növbəti səfəri xalqımızı bir daha qürurlandırdı. Çünki 44 günlük vətən müharibəsində işğaldan azad edilən ərazilərdə hər gün Bayrağımızın ucaldılmasının şahidi olan xalqımız Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlədiyi, ümumiyyətlə, işğaldan yeni azad edilən ərazilərdə dövlət bayrağımızın qaldırılmasını hərsətlə gözləyirdi. Biz bu sevinci 44 günlük Vətən müharibəsindən sonra yaşamışdıq. Nəhayət, Prezident İlham Əliyev 15 oktyabr tarixli Qarabağ səfərində bir daha belə bir qürurlu anları xalqımıza yaşatdı. Belə ki, bu səfər çərçivəsində dövlətimizin başçısı Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində, eləcə də Tərtər rayonunda Sərsəng su anbarının ərazisində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması mərasimində iştirak edib. Bu səfərin ən əlamətdar hadisəsi cənab Prezidentin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması və buradan xalqa canlı müraciət etməsi idi. Bu, Ali Baş Komandanın növbəti Zəfər çıxışı idi. Cənab Prezident müraciətində 15 oktyabr 2023-cü ilin tarixi bir gün olduğunu deyib:“Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Bəli, Azərbaycan xalqı tarixin heç bir dönəmində belə fəxrli, qürurlu günlər yaşamayıb. Ali Baş Komandan, Müzəffər Ordumuz, şəhid və qazilərimiz xalqımıza əbədi milli xoşbəxtlik nəsib ediblər. Xalqımız buna görə əvvəlki cümlədə sadaladıqlarımza borcludur. Cənab Prezident xalqa müraciətində dövlətimizin inkişafında, uğurlarında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini də qeyd edib: “Bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Ulu öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub”. Müzəffər ordumuz düşməni tam məğlubiyyətə uğradıb. Onlar üçün revanşa heç bir imkan və yer qalmayıb. Cünki Azərbaycan Ordusu düşmənin sanki bağrına qılınc sancaraq Qarabağda separatizmin kökünü kəsib. İllər keçsə belə, Ermənistan ordusu özünə gələ bilməz. Azərbaycan Ordusu onlara tarixi dərs verib. Və bu məğlubiyyətlə Ermənistan dövləti və xalqı razılaşıb. Cənab Prezidentin dediyi kimi Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir: “Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar!

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər