Azərbaycan xalqının tarixində ən şərəfli,qəhrəmanlıq nümunəsi olan günlərdən biri idi. 15 oktyabr Xankəndi şəhərinin mərkəzində Azərbaycan Bayrağı Prezidentimiz tərəfindən qaldırıldı. Bu tarixi günü xalqımız çoxdan gözləyirdi. Hələ 20 il qabaq Prezident seçilərək xalqın etimadını doğruldan İlham Əliyev andiçmə mərasimində xalqa söz verərək bildirmişdi ki, xalqın mənafelərini həmişə qoruyacaq, onun ərazi bütövlüyünü bərpa edəcək. O zaman torpaqların 20% qədəri işğal altında idi. İşğal olunmuş ərazilərimizin qaytarılmasını hər an gözləyən xalq ilk vaxtlar beynəlxalq təşkilatlara bel bağlayır, münaqişənin dinc yolla nizama salınmasına inanırdı. Lakin eyni zamanda dövlət başçımız xalqımız münaqişənin həllinin hərbi yolla da həlli yollarını istisna etmir, böyük gücü ilə dövlətimizi iqtisadi və hərbi qaydada möhkəmləndirməyə səy göstərilirdi. İqtisadiyatımız gücləndi. Ali baş komandanın vurğuladığı kimi əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyat və ordu olmalıdır.
Bizim bu gün bölgədə güclü ordumuz var. O vətənpərvər ruhdadır və ən müasir silahlarla silahlandırılmışdır. 3 il əvvəl 44 günlük müharibə və bu il sentyabrda baş tutan bir sutkadan da az müddətdə baş verən antiterror əməliyyatı buna sübutdur. Ötən illər ərzində torpaq və vətən uğrunda ölümə belə hazır olan gənc nəsil yetirdik ki, bu da sübut olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında baş əyirik, onlar bizim qürur mənbəyimizdir.
Əslində münaqişəni nizama salmaq üçün çalışan beynəlxalq təşkilatlar onu həll etmək əvəzinə dondurmaq istəyir və həll olunmasında maraqlı deyildilər. Ona görə də məsələnin hərbi həlli qaçılmaz oldu. Biz 44 günlük əməliyyatlar nəticəsində Şuşamızı azad etdik. Bu böyük qələbə idi. Düşmən ağ bayraq qaldırdı. Bu gün isə artıq biz Xankəndindəyik Azərbaycan gerbi və bayrağı altında Xankəndində. Bu böyük bir xoşbəxtlikdir. Və biz bununla fəxr edirik. Bu il Ulu öndərin 100 illiyidir. Biz qürur hissi keçiririk ki, hər bir Azərbaycanlının ürəyində olan Ulu Öndərin ildönümünü Şuşada keçiririk.
Ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəmizin iqtisadi yüksəlişi ilə bağlı strategiyası kompleks məzmun daşımaqla bir çox strateji məsələləri özündə birləşdirir. Cənab Prezidentin inkişaf siyasətinin prioritet istiqamətlərindən biri regionların inkişafı idi və bu da təsadüfi deyildi. Çünki inkişafda çevikliyin, davamlılığın və mühüm makroiqtisadi nəticələrin əldə olunması həm də regionların inkişaf etdirilməsindən ibarətdir. Məhz bu səbəbdən hələ ilk prezident seçkiləri zamanı cənab İlham Əliyev regionların inkişafı ilə bağlı prioritetləri xüsusi platforma şəklində elan etmişdi və ötən 20 ilin yekunları göstərir ki, bu prioritetlərin hər biri dövlət proqramlarının icrası ilə həyata vəsiqə alıb. Bu dövrdə Azərbaycanın iqtisadi potensialı hərəkətə gətirilib, sovet vaxtında respublikamızda olmayan istehsal sahələri yaradılıb.